Əlaqə Arxiv
news Image
2018.07.25
12:35
| A A A
“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı müsabiqənin qalibləri mükafatlandırılıb

Bu gün Mədəniyyət Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) “Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” mövzusunda birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Movqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət sahəsi və media münasibətlərindən danışıb, mədəni proseslərin işıqlandırılmasında medianın müstəsna xidmətlərinin olduğunu deyib. Nazir bildirib ki, mətbuatın Azərbaycan mədəniyyətinin təbliğində müstəsna rolu var. Ə. Qarayev jurnalist müsabiqəsinin keçirilməsinin bu mənada vacib olduğunu söyləyib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, mədəniyyət nazirliyi ilə keçirilən  müsabiqəyə 34 mətbuat orqanından 44 yazı təqdim edilib. Vüqar Səfərli Mədəniyyət Nazirliyinin mediaya hər zaman açıq olduğunu diqqətə çatdırıb.  Tədbirdə ölkənin aparıcı media orqanlarının baş redaktorları çıxış edərək bu tip görüşlərin keçirilməsinin vacibliyindən danışıblar. Daha sonra qaliblərə mükafatlar təqdim edilib. Qaliblər arasında APA Agentliyinin əməkdaşı Cavid Zeynallı da var.

Sizin Reklam Yeriniz