Əlaqə Arxiv
news Image
2018.09.12
13:18
| A A A
Efirimizə yeni bədii film gəlir

“İmtahan” və “Ata ocağı” kimi baxımlı serialların ssenari müəllifi və aktyor kimi tanınan Valeh Əhmədov bu dəfə tamaşaçıların qarşısına bədii filmlə çıxmağa hazırlaşır.
 Mövzusu müasir həyatdan götürülən, dram janrında olan “Kişi ol” filminin çəkilişləri artıq yekunlaşıb. Sözügedən filmdə xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, tanınmış aktyorlar Tural Baxış, Fəridə Şahbazova, Kamil Nazim, Aysel Nasir, Xatirə Süleymanova, Flora Hüseynli, Vaqif Kərimov, Namis Şirməmmədov, Elvin Ağayev,  Sənan Əlləz, Əli Əlizadə, Cavanşir Məhərrəmov, Namiq Məna, Erkin Ergin, Nigar Məmmədova, Aydan Həsənzadə, Rəşad Bəxtiyarov, Elgün Hüseynov, Elsevər Mehdizadə, Sabir Samiroğlu və digərləri rol alıblar. Çəkilişlər Bakı və İsmayıllıda olub. Bu il tamaşaçı iıə görüşməyə hazırlaşan filmin hazırda montaj prosesi gedir.
Qeyd edək ki,  “Kişi ol”un ssenari müəllifi olan Valeh Əhmədov, həm də filmin rejissorluğunu öhdəsinə götürüb.

Sizin Reklam Yeriniz