Əlaqə Arxiv
news Image
2018.09.13
21:30
| A A A
İsrail "Eurovision-2019" müsabiqəsinin keçiriləcəyi şəhərlə bağlı qərarını verib

"Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçıları yarışmanın gələn il İsrailin Təl-Əviv şəhərində keçiriləcəyini təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə müsabiqənin Mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, müsabiqənin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də baş tutacaq.
Xatırladaq ki, bu il keçirilən müsabiqəni "Toy" (Oyuncaq) mahnısını ifa edən İsrail müğənnisi Netta Barzilai qazanıb. Bundan sonra İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision-2019"un Qüdsdə keçiriləcəyinə dair vəd vermişdi.

Sizin Reklam Yeriniz