news Image
2018.09.16
11:38
| A A A
HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN PARKINDA BAKININ AZAD EDİLMƏSİNİN 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ KONSERT OLUB

 

Sentyabrın 15-də Heydər ƏliyevMərkəzinin parkında Bakının azad edilyməsinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata götə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib. 

Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış ediblər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun bir-birindən maraqlı nömrələri gecəyə xüsusi rəng qatıb. 

Sonda Mərkəzin parkında atəşfəşanlıq olub.

Konserti paytaxt sakinləri və qonaqlar həm də Dənizkənarı Milli Parkda monitordan izləyə biliblər.