Əlaqə Arxiv
news Image
2013.04.17
15:25
| A A A
Gənc pianoçuların böyük uğuru

Məşhur azərbaycanlı pianoçu İslam Manafovun övladları, Beynəlxalq müsabiqələr laureatları, Abuzər və Turan Manafovlar aprel ayından etibarən Bakının bir-sıra musiqi məktəblərində Ümummilli lider Heydər Əliyevin   90 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert proqramları ilə çıxış edirlər.


Qardaş Türkiyə Respublikasında yaşayıb yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir və Orta Şərq və Avropada şöhrət tapmış İslam Manafovun yolunu övladları Abuzər və Turan layiqincə davam etdirirlər. Türkiyə Respublikasının Mimar Sinan Konservatoriyasının məzunları olan gənc pianoçu -ifaçılar Abuzər və Turan Manafovlar  2006-cı ildə "Onay Sanat Piano Müsabiqəsi"ndə iştirak etmiş, Turan Başarı Mükafatlara, Abuzər isə 2-cilik mükafatına layiq görülüblər. 2009-cu ildə Bolqarıstanın Sofia şəhərinde kecirilən "Lubomir Pipkov Beynəlxalq Musiqi Musabiqəsi-Lyuba Entcheva Piano Musabiqəsi"ndə Turan Başarı Mükafatlara, Abuzər isə 4-cülük mükafatı  götürüblər. Dünyanın məşhur pianoçu sənətkarlarından Vladimir Viardo, Oksana Yablonskaya, Vincenzo Balzani ve Myrthala Salazardan master-klass götürən Abuzər və Turan Manafovlar 2009-cu ildə Qəbələ Belnəlxalq Piano Müsabiqəsinə qatılmış və böyük uğur qazanıblar. Hazırkı zamanımıza  qədər Azərbaycan və Türkiyənin bir çox şəhərlərində uğurla çıxış edən istedadlı virtuozlar Almaniyanın Hannover, Braunschweig ve Wolfenbuttel şəhərlərində konsertlər veriblər. 


Bakı şəhərində silsilə konsert proqramları ilə çıxış edən istedadlı ifaçılar  6 saylı uçaq musiqi məktəbində Şopenin. Skryabinin, Listin əsərlərini yüksək professionallıqla ifa etmiş, musiqisevərlərin böyük sevincinə səbəb olublar. Ümummilli lider Heydər Əliyevin   90 illik yubileyinə həsr olunmuş bu konsertlər aprelin sohuna kimi  davam edəcəkdir. Abuzər və Turan Manafovlara sənət yolunda böyük uğurlar arzulayırıq.


Sizin Reklam Yeriniz