Əlaqə Arxiv
news Image
2018.11.07
09:40
| A A A
Azərbaycanın İslam həmrəyliyinə töhfəsi ildən-ilə artır
Həmrəyliyin əsas göstəricilərindən biri təmənnasız qardaşlıq yardımıdır

Ötən il Bakıda keçirilmiş “2017– İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev deyib ki, “İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci il başa çatsa da, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da töhfəsini verəcək. İslam həmrəyliyi xalqlar arasında dostluğun möhkəmlənməsi işini genişləndirir. Azərbaycanın son illərdə əldə etdiyi sürətli iqtisadi inkişafın təmin olunmasında, xalqın rifah halının yaxşılaşdırılmasında cəmiyyətdə hökm sürən sabitlik, müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə şəklində mehriban yaşamaları böyük rol oynayır. Müsəlman ölkələrində narahatlıq doğuran problemlərin aradan qaldırılması üçün bu ölkələr arasında həmrəyliyin gücləndirilməsi böyük önəm daşıdıyır. 

İslam Həmrəyliyinə böyük əhəmiyyət verən Azərbaycan uzun illər siyasi gərginliyə çevrilən Fələstin-İsrail münasibətlərində də islam ölkəsinin mövqeyini və beynəlxalq hüquqa əsaslanan haqlarını müdafiə edir. Dəfələrlə beynəlxalq tədbirlərdə Fələstin məsələsi gündəmə gələndə Azərbaycan həm ən yüksək səviyyədə, həm də nümayəndə heyətləri səviyyəsində hər zaman bu ölkənin haqlı mövqeyinin qorunmasına səs verib. Çünki, Azərbaycan islam həmrəyliyinə sözdə yox, əməldə dəstək verən bir ölkədir. Elə məhz bu qətiyyətli mövqeyinə görədir ki, Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı bu günlərdə Bakıda keçirilib. Bakıdakı tədbirdə iştirak üçün Fələstin Dövlətinin Xarici İşlər naziri Riad əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları Azərbaycana gəlib. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edən dövlətimizin başçısı Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu bildirib. Bu,  Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyinin bariz təcəsümüdür. 
İslam həmrəyliyinin gücləndirilməsi qarşılıqlı iqtisadi əməkdaşlıqdan, intensiv dialoqlardan və qarşılıqlı ünsiyyətin gücləndirilməsindən keçir. Azərbaycan bu təşəbbüsü irəli sürməklə yanaşı əməli fəaliyyəti ilə də seçilir. İslam Əməkdaşlıq Təşkilatının işində fəallıq göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il Azərbaycanda “İslam Hərəyliyi ili” elan edilib və beynəlxalq səviyyəli bir çox tədbirlət həyata keçirilib. IV İsıam Həmrəyliyi Oyunları da 2017-ci ildə məhz Azərbaycanda keçirilib. Bu idman oyunları müsəlman ölkələrində fiziki hazırlığın, habelə ölkələrarası mədəni inteqrasiyanın ciddi təbliğinə çevrilmişdi. İslama etiqad edən 50-dən çox  ölkənin çoxminli idmançı ordusu və minlərlə azarkeçin qatıldığı yarışlarda və olimpiyanın mədəni-kütləvi tədbirlərində multukultural dəyərlərun və multikonfessillığın möhtəşəm inikasına şahidlik ediblər. 
Azərbaycanın bu istiqamətdə işləri ötən bir il yarımda sürətini daha da artırıb. Bir təsəvvür edin: Azərbaycan Prezidenti son bir həftədə 4 müsəlman ölkəsindən gəlmiş nümayəndə heyətlərini yüksək səviyyədə qəbul edib. Fələstin, Səudiyyə Ərəbistanı, Mərakeş Krallığı, Türkmənistan Respublikasından gəlmiş nümayəndə heyətləri ilə görüşlərdə müzakirə mövzularının spektri kifayət qədər dolğun və rəngarəng, eyni zamanda qarşılıqlı münasibətlərin inkişafına yönəlmiş aktuallıqdır. Görüşlərdə dpstluq və əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın dərunləşdirilməsi, beynəlxalq gündəliyin aktual mövzuları müzakirə edilib. Belə iş qrafiki həmrəylik aktlarının intensivliyini göstərir. Bu minvalla İslam Həmrəyliyinin möhkəmləndirilməsi amacı Azərbaycanın xarici siyasətində prioritetliyini qoruyub saxlayır.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz