Əlaqə Arxiv
news Image
2018.11.13
13:38
| A A A
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisinin açılışı olub

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.

Movqe.az xəbər verir ki, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçün əlverişli şərait yaradılıb. Respublikamızdakı Gənclər evlərinin də təmsil olunduğu sərgi çərçivəsində gənclər üçün müxtəlif mövzularda təlimlər və maarifləndirici tədbirlər də keçirilir.

Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub.

Sizin Reklam Yeriniz