Əlaqə Arxiv
news Image
2013.04.22
18:11
| A A A
Sənədli filmlər sektoru tənəzzülə uğrayır
Aydın Dadaşov: «Sənədli filmin menecmenti iki fundamental təməl üzərində qurulur» Teymur Nəcəfzadə: «Ilk növbədə sənədli filmlər üzrə ixtisaslaşdırılmış mərkəzlər yaranmalıdır»

Bugünteleviziyaməkanındaözüüngöstərənbaşlıcaçatışmazlıqlardanbirimaarifpərvərxarakterdaşıyansənədlifilmlərinhəddəartıqazolmasıdır. Xüsusən özəl telekannalardaqərbteleviziyalarındanfərqliolaraqbuqəbildənolanfilmlərədeməkolarki, çox nadir hallarda rast gəlinir.

Əməkdar incəsənət xadimi, "Babam və mən", "Nisgil", "Çapıqlı adam" kimi məşhur sənədli filmlərin rejissoru Aydın Dadaşov bununla bağlı Mövqe.az-a açıqlamasında qeyd edib: "Kino, o cümlədən sənədli filmin menecmenti iki fundamental təməl üzərində qurulur. Onun biri planlaşdırmadır, digəri isə təhlildən ibarətdir. Planlaşdırma ssenariyə aiddir. Təhlil isə birbaşa hazır filmin dəyərləndirilməsi ilə bağlıdır. Təəssüf ki, bizdə bu proseslər yerinə yetirilmir".

A.Dadaşov "Babam və mən" sənədli filminin digər sənədli filmlərdən fərqli cəhətini də Mövqe.az-a açıqlayıb: "Düzdür, bu film başqa sənədli filmlərdən çox fərqlənir. Çünki mən çalımışam ki, məhz "Babam və mən"i dramaturji qanunlarla çəkim".

"Çərşənbə tərəkəməsi ", "Senzurnamə" sənədli filmlərinin rejissoru Teymur Nəcəfzadə zəmanəmizdə sənədli filmlərin tənəzzülə uğrama səbəblərini belə izah edir: "Ölkəmizdə ilk növbədə sənədli filmlər üzrə ixtisaslaşdırılmış mərkəzlər yaranmalıdır. Sənədli film də digər kino növləri kimi ona qoyulan pulu çıxarda bilməlidir. Sənədli filmlər Azərbaycanda lazımınca inkişaf etməyib".

"Niyə bir çox ölkələrdə sənədli filmlərin əsas alıcısı televiziyalardır, bizdə isə yox" sualına istedadlı rejissor belə cavab verib: " Bizdə sənədli film sektoruna ikinci, üçüncü sahə kimi baxılır. Hamı hesab edir ki, bu gün sənədli film çəkə bilər. Amma bir sənədli filmi çəkmək üçün xərclənən vaxt, vəsait çox böyükdür. Bu sırf kinonun inkişafı ilə bağlıdır. Bizdə sənədli film rejissorları az da olsa, var".

"Sənədli film bazasını inkişaf etdirmək üçün nə tələb olunur" sualına T. Nəcəfzadə belə cavab verib: "Sənədli film bazasını inkişaf etdirmək olar. Bunun üçün müxtəlif sponsorlar bu işə cəlb olunmalıdır. Mən son zamanlar ümumiyyətlə, dövlət hesabına çəkilən sənədli filmləri və ya bununla bağlı təşkil olunan hər hansı bir müsabiqəni görməmişəm. Buna görə də sənədli filmlər tənəzzülə uğrayır. Kim də, belə film çəkəndə dost-tanışı, yəni, təsadüfi insanlarla işləyir…

O qədər maraqlı mövzular var. Biz bu dəqiqə sənədli filmlər çəkirik və Türkiyə kanallarına satırıq. Çünki orda tələbat var, onlar bizdən sənədli filmləri alırlar".

Sizin Reklam Yeriniz