Əlaqə Arxiv
news Image
2018.11.16
15:44
| A A A
Vikiçilər daha önəmli işə imza atdılar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis, gürcü və türk dillərində olan “Vikipediya”larda milli qəhrəmanlarımız İsgəndər Aznaurov , Rövşən Əliyev, və Kazım Məmmədov haqqında məqalələr yaradılıb.
İsgəndər Aznaurov haqqında gürcü dilində məqaləni Mehman İbrahimov yaradıb.
MEK-dən Movqe.az-a bildiriblər ki, məqalələrdə milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə məlumat verilir.
Qeyd edək ki, 15 noyabr Milli Qəhrəman Kazım Məmmədovun anım günüdür.
Azərbaycanın milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması prosesi davam edir.

Sizin Reklam Yeriniz