Əlaqə Arxiv
news Image
2018.11.16
17:43
| A A A
Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi olacaq

Azərbaycan 2020-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Mədəniyyət Forumunun qonaq ölkəsi olacaq.

Movqe.az xəbər verir ki, bu barədə Rusiya və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında bu gün imzalanmış birgə bəyanatda deyilir.

İmzalama mərasimində Rusiya Baş nazirinin müavini Olqa Qolodets, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

"Azərbaycan bütün sahələrdə mehriban tərəfdaşımızdır. Azərbaycan tərəfinin təşəbbüsü çox xoşumuza gəldi. 2020-ci ildə Azərbaycan Sankt-Peterburq Forumunun qonaq ölkəsi olacaq", - O.Qolodets deyib.

V.Medinsky əlavə edib ki, Rusiya zəngin mədəniyyəti və ənənələri ilə Azərbaycanı Forumda görməkdən məmnun olacaq.

Sizin Reklam Yeriniz