Əlaqə Arxiv
news Image
2018.11.20
13:03
| A A A
Əməkdar artistin 70 illiyinə həsr olunur

Movqe.az xəbər verir ki, Noyabrın 19-da Masallı Mədəniyyət Mərkəzində respublikanın Əməkdar artisti Nizami Əbülfəz oğlu Mirzəyevin 70 illiyi və sənət dünyasının 50 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. SSRİ və Azərbaycan Xalq artisti, Dövlət mükafatı laureatı, “Heydər Əliyev”, “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görülmüş, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Dövlət ansamblının müşayiət etdiyi tədbir öz mahiyyəti ilə Masallının mədəniyyət həyatında yaddaqalan olmuşdur. 
Gecənin aparıcısı professoz Fərahum Sadıqov Əməkdar artistin ömür yoluna nəzər salıb, sənət dünyasından danışdı. Bildirdi ki, Nizaminin bütün uğurları adı çəkilən ansamblla bağlıdır. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə respublikanın Əməkdar artisti fərqri adını almışdır. 
Veteran müəllim Məhbub Ağayev, müğənni Atamoğlan Zahidov, yubilyarın qardaşları Zakir və Şakir Mirzəyevlər, respublikanın Əməkdar artisti Məzahir Cəlilov, uşaqlıq dostu Fəxrəddin Abbasov, müəllimi Şəfiqə Abdullayeva, respublikanın Xalq artistləri Zakir Məmmədov, Sadıq Zərbəliyev, Əməkdar artistlər Almaz Quliyev, Aydın Yəhyayev, Faiq Əlibalayev, Səlim Abbasov, ansamblın üzvü Kəmalə Azəri, yazıçı -publisist Nurəddin Ədiloğlu, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ veteranları Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədr müavini Əbülfəz Nuriyev, dostu Çingiz Həşimov yubilyarı təbrik etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova yublyarı RİH başçısı Rafil Hüseynovun adından təbrik etmiş, yaradıcılıq uğurları arzulamış, qiymətli hədiyyə təqdim etmişdir. 
Tədbirdə ansamblın rəhbəri, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın təbrik məktubu oxunmuşdur.
Respublikanın Əməkdar artisti Nizami Mirzəyev çıxış edib ona göstərilən sayqılar üçün minnətdarlıq bildirmiş, kitaraa şən melodiyalar səsləndirmişdir.

 

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz