Əlaqə Arxiv
news Image
2018.11.20
17:40
| A A A
Bakının Suraxanı, Xəzər, Pirallahı, Qaradağ, həmçinin Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən və Kəlbəcər rayonlarının məktəbliləri Masallıda

Movqe.az xəbər verir ki, 20 noyabr 2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Bakının Suraxanı, Xəzər, Pirallahı, Qaradağ, həmçinin Xocalı, Qax, Mingəçevir, Zaqatala, Balakən və Kəlbəcər rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri  Masallıya səyahət ediblər.
Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
İlk öncə aksiya iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cə
nab Rafil Hüseynovun salamını çatdırıb, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Tur iştirakçıları Masallı şəhər Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə tanışlıqdan sonra Tarix-Diyarşünaslıq Muzeyinə, Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər.
Məktəblilər "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasında biliklərini sınayıblar, buradakı Kinoklub, ABAD Mərkəzi, Heydər Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olublar. Qonaqlar “Asan həyat” Kompleksində çay süfrəsinə dəvət edilib.
Sonra Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
İştirakçılar Masallı Sənaye Məhəlləsində də olublar.
                                                                                               

 Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz