Əlaqə Arxiv
news Image
2013.04.23
16:34
| A A A
“Qarabağ muzeyləri” Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsində müzakirə edildi
Zahid Abbasov: "Ermənilərin məskunlaşdığı ərazilərdəki muzeylərdə də məhz Azərbaycan tarixinin bir parçası sərgilənirdi”

Söz Azadlığını Müdafiə Fondunun təşəbbüsü ilə Şuşa Rayon Mədəniyyət və Turizm şöbəsində görüş keçirilmişdir. Fondun icraçı direktoru V.Tofiqli və şöbənin müdiri Zahid Abbasov "Qarabağ muzeyləri" mövzusu ətrafında müzakirələr aparıblar.

Mövqe.az-ın  Söz Azadlığını Müdafiə Fondundan aldığı məlumata görə, QHT təmsilçisi görüşdə fondun Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi" layihəsi çərçivəsində apardığı araşdırmalar barəsində, layihə çərçivəsində hazırlanacaq ensiklopedik-məlumat kitabına salınacaq informasiya, habelə kitaba daxil edilməsi nəzərdə tutulan bölmələr barəsində fikrilərini bildirib.


Öz növbəsində Zahid Abbasov Qarabağın maddi-mədəni irsinin öyrənilməsində qeyd olunan layihənin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, işğal altında olan bütün muzeylərimiz haqqında məlumatların kitaba daxil edilməsinin zəruriliyini bildirib və bu işdə Şuşa Mədənyyət və Turizm Şöbəsi tərəfindən əldə olan məlumatların fonda təqdim etməyə hazır olduğu vurğulayıb. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanınn qədim mədəniyyət mərkəzi sayılan Şuşada doqquz müxtəlif səpgili muzey fəaliyyətdə olub. Bunlardan ikisi- (Şuşa Tarix muzeyi və Dövlət Qarabağ Tarixi muzeyi), dördü xatirə- ev muzeyi (Ü. Hacıbəyov, Bülbül, M.M Nəvvab və Xan qızı Natavan), biri filial (Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı) kimi fəaliyyətdə olub.

Şuşa Mədəniyyət şöbəsinin nəzdində isə, Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi, habelə Vaqifin məqbərə kompleksi qonaqların ziyarəti üçün daim açıq olub.
Z.Abbasov Qarabağda fəaliyyətdə olmuş bütün muzeylər haqqında məlumatların bu kitaba salınmasını məqsədəuyğun hesab edib və bildirib ki, ermənilərin məskunlaşıdığı ərazilərdə ki muzeylərdə də məhz Azərbaycan tarixinin bir parçası sərgilənirdi.
Qeyd edək ki, informasiya dəstəyi "Karabakhinfo.com " elektron jurnalı tərəfindən həyata keçirilən layihə çərçivəsində fond əməkdaşlarının mütəxəssislər, muzey əməkdaşları, habelə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə görüşləri davam etdiriləcək.

Sizin Reklam Yeriniz