news Image
2013.04.24
13:16
| A A A
Kinomuzun Mixaylosu...
H.Seyidbəyli ilə I.Qasımovun Mehdi Huseynzadəyə həsr olunmuş "Uzaq sahillərdə" povesindəki: "Mehdi Qasım İsmayılov küçəsindəki ikimərtəbəli balaca evlərini xatırladı. Evlərinin qabağında bir söyüd ağacı bitmişdi. Küçənin o biri tərəfində isə onun oxuduğu on doqquz nömrəli məktəb yerləşirdi. Mehdi öz müəllimi Süleyman Sani Axundova xüsusi məhəbbət bəsləyirdi"1 cümlələri sənədli informasiyanın təqdimatını portretin mühitin gerçəkliyinə yönəltsə , ssenaridə əsas fikir sevən bir gəncin gələcək arzularının reallaşmasına mane olan faşizmin aradan qaldırılmasına yönəlir. Həmin povest üzrə müəlliflərin birgə ssenarinin, 12 yanvar 1955-ci ildə Bakı kinostudiyasının Bədii şurasının müzakirəsində Hüseyn Seyidzadənin: "Adətən bizim yazıçılar hər hansı bir əsər yazanda müsbət personajlar, mənfilərdən yaxşı alınır" qənaətinə şərik olmayaraq: Düşünürəm ki, Karranti ilə müqayisədə qənaətbəxş olmayan Mehdi daha quru alınmışdır" deyən Mikayıl Mikayılovun qəhrəmanın rəssamlığına da, çox əhəmiyyət verildiyini, azərbaycanlılığının yetərincə qabardılmadığını, materialın çəkiliş üçün ağır olduğunu söyləməsi, Əjdər İbrahimovun: "Karrantinin caz musiqisi altında ölümünü, Vasyanın cəsədinin əldən - ələ ötürülməsini" tərifləsə , "dramaturgiyanın tədricən söndüyünü" bildirərək ixtisarlarla birgə "zəif göstərilən Şultsu gücləndirməyi"2 təklif etməsi müzakirələrin məhsuldarlığından xəbər verir.

Bu ssenari əsasında kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi "Uzaq sahillərdə" (1957) filmində dalğalanan faşist bayrağı altında inamla addımlayan əsgərlərin fonunda diktor mətnindəki: "Adriatik dənizinin sahilləri. Şiddətli küləklər, amansız fırtınalar ölkəsi. Indi bu uzaq sahillərdə başqa fırtınalar çuğlayir. Bu amansız firtına ailələr dağıtmış, evləri xarabazarlığa çevirmişdir. Indi Triest şəhərinin küçələrində insan izi qalmamış, çoxları öz evini tərk edib dağlara çəkilmişdir. Budur onlar. Bu sur adamlar oz torpaqlarının faşist işğalçılarının ayaqları altında tapdalanmasını istəmirlər. Bunlar çexlər və bolqarlar, italyan və slovaklar, ruslar və vengerler, fransız və ispanlardır. Din ayrı, adət ayrı olsa da, onlari birləşdirən bir arzu, bir məqsəddir. Bunların arasında olan bu gənc uzaq Xəzər sahilindən gələn azərbaycanlı Mehdi Hüseynzadədir" cümlələri iyirminci əsrin ən boyük təhlükəsinin fəsadlarına qarşı çıxanları səciyyələndirir.

Ağaca söykənib rəsm çəkən Mehdi Hüseynzadənin təsvirindən sonra tərcümeyi-halı oxunaraq başına 300.000 mark qiymət qoyulması barədə divara vurulmuş elanı nəzərdən kecirən Beretli adamın satdığı Mixayloya yaxınlaşan alman zabitinin tərəddüddən sonra "Alman zabitini ələ salmaq fikrindəsən? Itil burdan! Əbləh!" deyərək satqına sillə vurması hadisəliliyi artırır. Çiçək satan italyan qızı Anjelikaya axşam əməliyyat barədə xəbər verən Mixaylodan sonra mağazaya girən Rosselininin (A.Isgəndərov) qızla ünsiyyəti gələcək hadisənin təməlini yaradır. Vesilinin müşaiyəti ilə alman hərbçilərinin əyləndiyi restorana gələn Mixaylonun ayaqyoluna partlayıcı qoyarkən rastlaşdığı bayaqkı zabitin yenidən onları ifşa olunmaqdan xilas etməsi fabulanı qızışdırır.

Yarğan üzərindəki Anjelikanin, Mixaylo ilə Vesilini qarşılaması məqamındakı partlayışdan sonra uzaqdan şölələnən restoran binası vizuallığı artırır. Və yaxınlaşan alman zabitinin kommunist olduğu barədə sənədi təqdim edərək həbs düşərgələrindəki əzablarından söz açması partizanların arasında ortayaşlı,

çapıqlı, beretli satqın haqqında məlumat verməsi gərginliyi artırır. Partizanların arasına saldığı Karrantinin bacarığı barədə gestapo rəisi mayor Şultsdan təriflər eşidən kazino sahibi, faşistləri ərzaqla təmin edən iş adamı Mazellinin restoranın partlayışından sonra Mixaylonun başına qoyulan 300.000 mark məbləği artırmaq tələbi kommersiya marağını önə çəkir. Komandir Ferreronun yad adamı partizanların qərargahına gətirdiyi görə Mixaylonu tənbeh etməsi, həmin kommunist zabit Beretli satqını nişan verdikdə Karranti tərəfindən güllələnməsi fabulalığı artırır.

Zümzümə edə-edə rəsm çəkərək "Mənim düşündüyüm tablo üçün parlaq günəş, aydın səma lazımdır. Təsəvvür edin ki, müharibə qurtarmışdır" deyən Mehdinin mövzu-xatirəsində Anjelika ilə üstü açıq maşında Bakının küçələrini gəzməsi, qumlu dəniz sahilində sevgilisinin səbətdə gətirdiyi meyvələrin dadına baxması məqamında, gələn komandir Ferreronun sənədləri guya saxta olan alman kommunistinin qaçarkən Karrantin tərəfindən güllələnməsi barədə informasiya ideyanın açılışına yönələn süjeti zənginləşdirir. Alman zabitinin onu xilas etməsini, yüzlərlə hitlerçinin qırılmasına səbəb olan partlayışa mane olmamasını xatırlayan Mehdinin Karrantininin uydurmasına inanmaması qarşıdurmanı psixoloji müstəviyə gətirir. Mixaylo ilə bir gündə tapşırığa gedənlər arasında ortayaşlı, alnıçapıq, beretli Paolonun da olduğunun yada düşməsi ilə istirahət edən partizanlar arasında xaini axtaran komandir Ferreronun hər kəsə ata nəvazişi ilə fərdi yanaşaraq ünsiyyətə girməsindən sonra çoxmənalı tərzdə bığlarını sığallaması, uğursuz əməliyyatlar zamanı itginin çoxluğundan əzab çəkməsi psixologizmi davam etdirməklə aktyor Ələsgər Ələkbərovun peşəkar üslubundan xəbər verir. Həmin gün Paolonu kəşfiyyata göndərdiyi aşkarlandıqda həmən daxil olub partizanlar arasında xain olduğunu riyakarlıqla bildirən Karrantinin Trieste gizli mərkəzlə əlaqəyə girməyə göndərilməsi şərin cəzalandırılmasına xidmət edir.

Paolonun aradan çıxdığını bildirən Mehdininin kürəyinə bıçaq saplayan Karrantilə əlbəyaxa olmaları xeyir-şər qarşıdurmasını gücləndirir. Partizanların ayağa qalxması, Mehdiyə yardım edilməsi, Karrantinin otağından başlanan yeraltı yolla qaçıb aradan çıxması, hər kəsin yaralıya qan vermək istəməsi, parol və məkanların dəyişdirilməsi, Anjelikanın saçlarını sığallayıb öpdüyü sevgilisinin sağ qalmasına sevinməsi, Vessilinin intiqama söz verməsi attraksionların montajını yaradır. Mixaylonu öldürdüyünü israr edən Karranti ilə mayor Şultsun partizanları təqib etmək, onların ərzaq təminatı yaradan əhali ilə əlaqəsini kəsmək barədə söhbətlərini gizli mikrafonla dinləyən Mazellinin qəflətən gəlib çıxan arvadı Pifitanı qorxutması əsas hadisəni davam etdirir. Oğlu Vessilini əlindən aldıqlarına görə partizanlara ərzaq qıymayan qoca Tintinin gözü qarşısında əhalinin güllə-boran edilməsi, müşaiyətçisini itirən köməksiz kora belə aman verilməməsi qarşıdurmanın miqyasını göstərir.

Ferreronun aclığın fəlakət həddinə çatdığını rabitə cihazı vasitəsilə mərkəzə bildirməsi fonunda ərzaq kasadlığına baxmayaraq əsgərlərin zarafat etmələri, informasiyanın gerçəkliyini artırır. Bahalı geyim-kecimlə hansısa zəngin Pyetronun xanımı kimi qarşılanan Anjelika ilə qardaşının, alman ordusunun mayoru qiyafəsindəki Mixaylonun silah gücünə ərzaq təminatı əldə etdikləri məqamda "gül satan qız"ın xatırlanması, hitlerçilərin dağ yollarındakı döyüşlə yüklü avtomaşın karvanının durdurmağa cəhd göstərmələri attraksionların montajı prinsipi ilə həyata keçirilir. Oğlunun xilaskarı Mixayloya: "Isa köməyin olsun, bala!" deyən atasına dostunun xristian olmadığını bildirən Vessilinin qocanın: "Bəs hansı dinə inanır?" sualına: "Qardaşlıq dininə. O ürəkdən inanır ki, faşistləri məhv etmək cox çəkməyəcək. Biz bunun ücün vuruşuruq, ata!" kəlmələri şərlə mübarizə aparanların irqi, dini, milli ayrı-seçkilikdən uzaqlığını təsdiqləməklə bəşəri ideyanı

vurğulayır. Mayor Şultsun: "Mənə Mixaylo lazımdır!" deyə üstünə hiddətləndiyi Karrantinin var-dövlət naminə, əyləndiyi Pifitanı əri Mazellini aradan götürmək niyyəti isə burjua zümrəsinin iç üzünü açmaqla, sosrealizmə sədaqəti təsdiqləyir. Mazellinin Yalançı Mixaylonu güllələyən Karrantinin, pul qazanmaq üçün bu kələyi düşünən Mazellini də həmən qətlə yetirməsi, informasiyanın qəzetlərdə çap olunmasilə Şultsdan 300.000 markı alması, sevgilisinin rəsmini çəkən Mehdinin Anjelika və Vessilinlə zabitlərin yığışdığı kinoteatrı partlatmaq planını hazirlamaq üçün kəşfiyyata göndərilmələri hadisələri qızışdırır.

Küçədəki kanalizasiya təmirçisini görməklə əməliyyatın həyata keçirilməsində yeraltı quyuların keçidlərindən istifadə etməyi düşünən Mixaylonun təklifi sadəlövh görünsə , onun başının əbəs yerə 500.000 mark dəyərləndirilmədiyini dilə gətirən gizli təşkilat rəhbəri qəhrəmanın statusunu təsdiqləyir. Gestaponun xüsusi vəsiqəsini alan kəşfiyyatçılar üçün, seansın vaxtını öyrənmək naminə Anjelikanın "cavan oğlan" deyə yaxınlaşdığı qoca zabitdən vacib informasiya asanlıqla alması süjetin səbəb-nəticə əlaqəsini nizamlayır. Mehdi ilə Vessilin Anjelikanı Karrantini müşaiyət edən gestapoçulardan azad etsələr , yenidən ələ keçən qızın saat doqquzda alman zabiti ilə görüşü olduğunu qışqıra-qışqıra yeraltı yolların dəliklərindən onu eşidən Mehdiyə çatdırması, epizodu şərtiliyə yuvarlatsa da, işğalçıların qələbələri barədə kinoxronikanın nümayiş etdirildiyi kinoteatr binasının partladılması, faşizmin məhvi yolunda tutarlı addıma çevrilir. Anjelikaya işgəncələr verildiyini, Mehdi ilə Vesilinin rabitəçilə görüşə bilmədiyini öyrənən komandir Ferreronun çoxsaylı partlayışlarla diqqəti bu üçlükdən yayındırma mübarizənin miqyasını göstərir.

Özünü lallığa vurmuş kəşfiyyatçının başının üzərindən atılan gülləyə gözünü qırpmamaqla alman əsgərlərində gülüş yaratmaqla həyatını xilas etməsi gərgin hadisələr arasında pauza yaratmaqla qavrayışı gücləndirir. Işgəncələrə dözməyib Mixaylonu satmağa razılaşan Tintinin çəpərin dalında gizlənən oğlu Vesilinin: "Ata, sən Mixaylonu xilas etməlisən. Sən bunu etsən, mən söz verirəm, həmişəlik evimizə qayıdacağam" sözlərini eşitməklə fikrindən dönməsi hadisələrin dəyişməsində mətnin rolunu gözönü nümayiş etdirir. "Mixaylo"ların üçünü asıb, ikisini güllələdiyini deyən mayor Şultsun hüzuruna fransız rəssamı Ogyust Kraus kimi gətirilən Mehdinin aktyorluğu Nodar Şaşıqoğlunun peşəkar üslubu hesabına yadda qalır. Peyda olan Karrantin vaxtilə aldığı pullara görə özünü tanımazlığa vurması teatr şərtiliyi üzərində qurulsa da, döyüşə-döyüşə dağlara çəkilərkən yaralanan Vessilinin Anjelikanı sevdiyini ölüm anında Mehdiyə bildirməsi qayalara çırpılan dalğaların fonunda dostunun cəsədini qucağında daşıyan qəhrəmanın sevgilisinin son məktubundakı: "Əzizim, Mehdi! Cox arzulayardım ki, məni bir döyüşçü kimi tanımayasınız. Mən sizi sevirdim" kəlmələrini oxuması ilə canlanan mövzu-xatirədə partizanların faşizmlə mübarizəsini yenidən təcəssüm etdirən partlayışların, dənizin coşması ilə montajı kontekstində təqdimatı epizodu romantizmin hissiyyat gerçəkliyində dolğunlaşdırır. Fırıldaqlarının açıldığını hiss edərək var-dövlətini götürüb aradan çıxmağa cəhd edən Karrantinin, Tintinin evini mühasirəyə alaraq günahsız adamları məhv etmək istəyən mayor Şultsun Mehdi tərəfindən öldürülməsi xeyrin şər üzərindəki qələbəsini səciyyələndirir. Ölüm ayağında mövzu-fantaziyasında Anjelika ilə doğma yurda qayıtmasını gözləri önündə canlandıran Mehdi bir gəncin puç olmuş arzularını bəyan etməklə müharibənin acı nəticələrinin ümumiləşdirilmiş obrazını yaradır.

Kino tənqidçisi N.Tolçenovanın "İskusstvo kino" jurnalının 1959-cu il 10-cu sayındakı "Ekranın özündə yanında" məqaləsində: "Bu əsərin vətəndən uzaqlarda, Adriatik dənizi sahillərində faşistlərə qarşı

vuruşan qəhrəmanının heç uydurma sima deyil, canlı, real adam olduğu respublikanın özündə hamıya məlum deyil. Nəyə görəsə povest əsasında filmə quruluş verən Tofiq Tağızadə bunu tamaşaçının diqqətinə çatdırmağı lazım bilməmişdi. Çox təəssüf!..."3 fikirlərinə xüsusən əsər çap olunandan sonra bizdə Mehdinin yetərincə tanındığını düşünmək mümkün olsa da: ""Uzaq sahillərdə" filmində faşistlərin qurduğu torlardan, tələlərdən düşdüyü çətin vəziyyətlərdən məharətlə çıxan Mixaylo, gözəl Anjelikanın həsrətini çəkən Mixaylodan çox yadda qalır" qənaətinə qəhrəmanlığın sevgidən önə çəkilməsinin düzgünlüyünü isbatlamaq mümkünsə, müəllifin: "Ümumiyyətlə bizdə"Uzaq sahillərdə" kimi belə kəskin, fasiləsiz inkişaflı, coşqun artan fabulalı filmlərin sayı elə çox deyil"4 dəyərləndirməsi qürur yaradır.

Mixaylonun ekran obrazının ölkə miqyasında özünütəsdiqi barədə kinoşünas S.Lavrentyevin yazdığı: "Sovet qadınları onilliklər boyu "Uzaq sahillərdə" filmindəki nasist forması geymiş "bizim oğlan"a pərəstiş etdilər"5 cümləsi uzun illərdən sonra da, müvəffəqiyyətin unudulmadığını göstərir. Filmin əvvəlində ifrata varan diktor mətnində deyildiyi kimi, bir neçə dili, xüsusən alman dilinini təmiz bilən Mehdinin antropoloji cəhətdən belə fərqliliyinin gestapoçuların diqqətindən yayınması ekran obrazının gücünü təsdiqləyir.

***

Müharibədə itkin düşmüş qızın anasını tapması faktından oçerk hazırlamış İmran Qasımovun sonradan buradakı materialları, real hadisələri genişləndirərək "Bizim küçə" adlı sənədli povest eyniadlı ssenari yazması yeni bir bədii oyun filminin təməlini qoydu. Artıq özünü kinorejissor kimi tam təsdiqləmiş Əlisəttar Atakişiyevin quruluş verdiyi "Bizim küçə" filmində (1961) Bakıda salınan yeni məhəllədəki evdə yaşayan sakinlərin timsalında xalqlar dostluğu mövzusu önə çəkilir. Yeni binanın işıqlı pəncərələrini bayırdan nəzərdən keçirən kinokamera memar Rasimin (Gündüz Abbaszadə) çertyoj üzərində çalışmasını, Qarabağlı idmançı Fuadın (Ginli Çoxonelidze) boksla məşğul olmasını, neftçi Barışevin mənzilindəki şadyanalıq, tavandan çilçıraq asan həkim Bəhramın (Ağadadaş Qurbanov) arvadı Aşxenə (Sona Aslanova) iki otaqlı evə görə narazıçılığı və nəhayət əri, oğlu müharibədə həlak olmuş, qızı itkin düşmüş Bəyim ananın (Ətayə Əliyeva) kədəri personaj fərqliliyini göstərir. Televizorda göstərilən kinoxronika materialında Ukraynada qatarın bombalanması epizodunda itkin düşmüş qızının kadrlarının göstərilməsi ilə Bəyim ananın bayılması əsas dramaturji hadisəni önə keçirir. harayına çatan qonşuların ananın dərdinə şərik olaraq itkin düşmüş Saranı tapmağa qərar verməsi ictimai motivi önə çəkməklə əsas hadisəyə təkan verir. Partizan hərəkatının iştirakçısı mühəndis Musanın mövzu xatirəsində Mehdinin dəstəsində Sara adlı on bir yaşlı qızın olması axtarışlara ipucu verir. İzlənilən Mixaylonun yoxlanışı məqamı "Uzaq sahillərdə" filminin epizodunu təkrarlayır. Restorana gələn Mehdinin onun oturduğu masaya xidmət edən azyaşlı qızcığazın özünü Gözəlova Sara kimi təqdim edərək Bakıdan olduğunu bildirməsi, izlənilən Mixaylonun aradan çıxmasına yardım etməsi hadisələri qızışdırır.

13-yanvar 1962-ci il tarixli "Ədəbiyyat incəsənət" qəzetində yazıçı-dramaturq Yusif Əzimzadənin "Bizim küçənin adamları" məqaləsindəki: "Saranın yad eldə öz həmyerlisi Mehdi ilə görüşməsi epizodu müəllif tərəfindən yaxşı tapılmışdır.Tamaşaçı Mehdinin tanış simasını görərkən təbii olaraq sevinir, həyəcanlanır. Ancaq təəssüf ki, Mehdi surəti, epizodik olsa, filmdə öz layiqli yerini tuta bilməmişdir. Mehdi ilə əlaqədar hadisələr, "Uzaq sahillərdə" filmindən bizə tanış olan Mixaylo surətinə demək olar ki, yeni bir şey əlavə etməmişdir"6 iradlar gerçəkliy əks etdirir. Real hadisədə Musanın düzəlişləri ilə Rasimin eskizlərinin mükəmməl həllini tapması sujeti davam etdirir. zın qərbi Almaniyada yaşadığını öyrənən Rasimin işini ataraq Moskvaya getməklə Saranın izinə düşməsi fabulanı önə çəkir.

Almaniyada fermada çalışan Saranın (Rimma Məmmədova) illərdən bəri özü ilə gəzdirdiyi qırmızı pioner qalstukunu, qatar bombalanarkən itirdiyi ayaqqabının tayını, anasının sırğanı qoruyub saxlaması əşyalara dramaturji status verir. Fermer Paul Kurtsun tamah salaraq əlindən aldığı sırğaların müqabilində mini traktoru sındıran Saranın qonşularla vidalaşıb getdikdən sonra Moskvadan axtarış məktubunun gəlməsi dramaturji maneəyə çevrilir. İşə düzəldiyi yanacaqdoldurma məntəqəsində çalışan Lem sevgi münasibəti yetərincə əsaslandırıla bilmir. Lemin timsalında Mehdidən sonra ikinci xilaskarını tapan Saranın buradakı sərt, amansız sahibkarla qarşılaşması sinfi ziddiyyəti önə çəkməklə sosrealizmin tələbini yerinə yetirir. Saraya gözü düşən bəd niyyətli sahibkarla yaxınlığa Lemin razılıq verməsi genlərdə gizlənən milli mentalitetin üsyanını yaratmaqla sevgi motivini sona çatdırır. Lemin ona yad olduğunu dərk edən Saranın tənhalığı dramatizmi artırır. Almaniyaya boks yarışlarına gəlmiş Fuadın rinqdəki qələbəsindən sonra onu təbrikə gələn Lemin dilindən adını eşitdiyi Saranın bu şəhərdən naməlum istiqamətə köçüb getdiyinin bəlli olması dramaturji maneəni artırır. Lakin Fuadı Saraya qısqanan nişanlısının dayısı Bəhramın mənzilindən çıxarılsa da, Bəyim xalanın ona sığınacaq verməsi ictimai motivi artırsa da, lüzumsuz sujet yaradır.

Arvadı Aşxenin müqavimətinə baxmayaraq evinə gətirilməsi və Fuadla barışdırılması Barışevin evindəki məclisdə yuxarı başda əyləşdirilən Bəyim ananın daxili monoloqunda qızının ad günündə məclis qurmaq arzusu təbii səslənir. Saranın mövzu xatirəsində faşistlər tərəfindən işgəncələrə məruz qaldığını, itirdiyi iş yerlərində əzablarını xatırlaması hadisələri yerində fırlatsa da onun okean gəmisində aşpaz Last dayı tərəfindən müdafiə olunması yeni xilaskarı üzə çıxarır. Köməkçisi Saraya limanların birində rüşdüyü sovet adamlarının indi Aya belə uçduqlarını söyləyən qızı vətənə qayıtmağa ruhlandırması mövzu həllinə yönəlir. Növbəti limanda kapitan köməkçisi paltarı geyindirdiyi Last dayının köməyi ilə biletsiz yoxsulları gəmidə xəlvəti gizlətməklə işini yenidən itirən Saranın ötüb keçən sovet paraxodunu durbinlə seyr edərək göz yaşlarına qərq olması yurd sevgisini bəyan edir. mi heyətinin qəpik-qəpik topladığı pulla yad Afrika ölkəsinə düşən Saranın xilas etdiyi yoxsulların buradakı inqilabçılarla əlaqəsi, üsyançılarla birgə yük avtomaşınında gedən qızın əsgərlərin açdığı güllə ilə qolundan yaralanması macəraçılığa yönələn hadisələrin mexaniki həllini verir.

11 yanvar 1961-ci il tarixli Kommunist qəzetindəki "Bizim küçə" məqaləsində bu epizoda diqqət çəkən Mehdi Hüseynin: "Afrika üsyançılarının həyatını təsvir edən kadrlarda həm ssenariçinin həm

quruluşçu rejissorun xeyli tələsdiyi hiss olunur. Bunun səbəbi yəqin ki, müəlliflərin bir əsərdə mümkün qədər çox şeydən bəhs etməyə çalışmalarıdır. Aydındır ki, belə hallarda hadisələrin sayı filmin sambalına mənfi təsir göstərir" cümlələri önə keçdiyini təsdiqləyir. Saranın yaralanması məqamında anası Bəyim xalanın Bakıda infarkt qazanması iki məkanın montajında biotokların əlaqəsini verən uğurlu keçidə çevrilir. İstiqlaliyyətini qazanan bu Afrika ölkəsindəki sovet səfirinin xəstəxanadakı Saraya baş çəkməsi bu minvalla qızın anasına, qonşularına nəhayət doğma yurduna qovuşması filmi nağılvari finalla tamamlar.

3 yanvar 1962-ci il tarixli Bədii Şuranın protokolundan göründyü kimi "Ssenaridə aktyor oyunu üçün çətin olan parçalar vardı. Ədəbi materialın imkanları az idi", "Bir sıra epizodları ixtisar etmək gərəkdir"7 deməklə "Mixaylo" personajına da qısqanclıqla yanaşaraq xatirə epizodunu da artıq saymaqla filmə üçüncü dərəcə verməyi təklif edən Tofiq Tağızadəni yalnız Hüseyn Seyidzadə dəstəkləyir.

                                                                                                                                 Aydın DADAŞOV