news Image
2013.04.24
16:12
| A A A
Respublika bilik yarışmasının zona turları başa çatıb

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin respublika bilik müsabiqəsinin zona mərhələsinə yekun vurulub. Mövqe.az-ın Mədəniyyət və Turizm Nazirliyindən aldığı məlumata görə, zona turları aprelin 8-10-da Xaçmaz və Şəmkirdə, ayın 11-13-də İsmayıllı və Mingəçevirdə, 15-17-də Saatlıda, aprelin 18-20-də isə Cəlilabadda keçirilib.


Bu mərhələdə 360 şagird iştirak edib. Onlardan 50-si növbəti mərhələdə yarışacaq. Bakı şəhəri üzrə isə uşaq musiqi və incəsənət məktəbləri şagirdlərindən 10 nəfər fərqlənib. Beləliklə, müsabiqənin may ayının birinci ongünlüyündə təşkil olunacaq həlledici mərhələsində 60 nəfər biliyini sınayacaq.


Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd Azərbaycan mədəniyyət tarixi və müasir nailiyyətləri üzrə biliklərin gənclərə aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsidir. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin hədiyyələri və fəxri fərmanları ilə təltif ediləcək.