Əlaqə Arxiv
news Image
2019.02.04
18:30
| A A A
“Gəncliyin səsi” Masallıda

Fevralın 4-də Masallı regional “ASAN həyat” kompleksindəki Kinoklubda Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti mərhələsində gənc rejissorlarla görüş keçirilib, onların filmlərinin nümayişi olub.
Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşıb .
Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçirilir.
Tədbirdə çıxış edən Masallı Regional M ədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova  hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublika gənclərinin birinci forumunun çağırılması, 1997-ci ildə isə 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Həmin vaxtdan etibarən hər il 2 fevral gənclərimizin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Regional Mədəniyyət İdarəsinin rəisi qeyd etdi ki, ölkəmizdə Gənclər günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Son bir neçə ildir öz innovativ yanaşmaları ilə seçilən, mədəniyyət sahəsində çalışan gənclərin “ASAN Xidmət”lə fəal əməkdaşlığını təmin edirik. Məhz bunun nəticəsində artıq 3 ildir ki, “ASAN Xidmət”lə birgə “Gəncliyin səsi” festivalı reallaşır.
Hazırda ölkəmizdə 125 istedadlı gəncin Prezident təqaüdünə layiq görüldüyünü deyən L. Mövsümova vurğuladı ki, onlar bu təqaüdlə öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Belə gənclərin sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirənlər və dünyanın böyük səhnələrində Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ edənlər var.
Gənc rejissor Murad Quliyev bir neçə ildir ki, “ASAN Xidmət”lə birgə reallaşdırılan festivalın əhəmiyyətindən , i stedadlı gənclərin festival və müsabiqələrdə iştirakının dövlət tərəfindən dəstəkləndiyindən danışıb .
Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədo vun “Debüt” studiyasında istehsal olunan “ Yol ayrıcında qalmış taksı ” və “ Onun atası ” adlı qısametrajlı filmləri nümayiş edilib. 
Film haqqında müzakirələrlə davam edən tədbir maraqlı diskussiya şəraitində keçib.
                                             

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz