Əlaqə Arxiv
news Image
2019.02.05
14:58
| A A A
Mədəniyyət işçilərinin peşə hazırlığında yenilik - Kurslar təşkil olunur

Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə kreativ səriştələrin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək.

Mədəniyyət Nazirliyindən Movqe.az-a verilən məlumata görə, beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet təşkil edəcək. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicələrə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcək.

Pilləli prinsip (level) əsasında təşkil olunacaq kurslar konkret mədəniyyət sahələri üzrə keçiriləcək. Belə ki, çətinlik dərəcəsinə görə bir-birindən fərqlənən pillələr ilk növbədə əməkdaşların müasir peşə səriştələrinin formalaşmasına xidmət edəcək.

Təlimlər mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsini, habelə, mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə regionlarla yanaşı respublikanın qabaqcıl mədəniyyət müəssisələrində də təşkil olunacaq.

Yeni formatda təşkil ediləcək təlimlərə cəlb ediləcək əməkdaşlar, Mədəniyyət Nazirliyi və Regional Mədəniyyət İdarələri ilə razılaşdırıldıqdan sonra mart ayından etibarən fəaliyyətə başlayacaq.

Sizin Reklam Yeriniz