Əlaqə Arxiv
news Image
2019.02.20
13:29
| A A A
Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

Fevralın 19-da Muzey Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirilib. 

Movqe.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışıb.

Qeyd edib ki, layihə çərçivəsində yeddi mədəniyyət ocağı - Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Teatr Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyini ziyarət üçün iticket.az saytı vasitəsilə bilet satılması nəzərdə tutulur. Onlayn bilet satışı həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahatlığını təmin edəcək.

Daha sonra bilet satışının reallaşdırılması qaydaları nümayiş olunub, layihə ilə bağlı fikir mübadiləsi aparılıb

Sizin Reklam Yeriniz