Əlaqə Arxiv
news Image
2019.02.22
20:46
| A A A
Kosmosda SÜLH! Sərgisi keçirildi

Respublikada ilk və yeganə Planetarium olan – Tusi - Bohm Planetariumda 12 aprel  kosmonovtika gününə həsr olunan “Kosmosda Sülh” sərgisi keçirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərlinin fırçasının kosmik toxunuşları izləyənlərə kainatin fərqli üzünü göstərdi.  Azərbaycan Respublikası Prezidenti Yaninda Elmin İnkişafı Fondu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi Bohm Planitarium, TH Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərkosmos və Park Bulvar-ın birgə təşkil etdiyi sərgidə ilk dəfə 1987 –ci il Moskvada , Kosmonavtların Hazırlaşdırma Mərkəzinin - Ulduz şəhərciyinin sərgi salonunda nümayişə çıxarılan əsərlər sərgiləndi. Kosmosdan sülh naminə istifadənin önəminə diqqət çəkən rəssamın əsərləri ilə tanış olan qonaqlar Elmin İnkişafı Fondunun İcraçı direktoru Elçin Babayev, xalq rəssamı Ağaəli ibrahimov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Arif Hüseynov çıxışlarında rəssamın insan oglu üçün daim maraq doguran aləmə qeyri adi baxışına diqqət yetirdilər. Kosmosa aid maraqlı söhbətlər  “Rozetta” filminin nümayişi ilə davam etdi. Tədbirə gələn uşaqlar Şoki Moki məhsulalrından ibarət hədiyyə boxçası aldılar. Şoki Moki əsl kosmonavtların istifadə etdiyi tyubik şokoladlaır ilə uşaqları sevindirdi.

Sizin Reklam Yeriniz