Əlaqə Arxiv
news Image
2012.05.02
23:11
| A A A
Gənc rejissorların filmləri nümayiş olundu

Bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi "Bu meydan, bu ekran!" adlı müsabiqəsinin qaliblərinin hazırladıqları filmlərin nümayişi sona çatdı. Movqe.Az xəbər portalının məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən nümyayişdə 3 qısametrajlı film tamaşaçılara təqdim olundu. İlk təqdim olunan film rejissor Fariz Əhmədovun "Mayak", ardınca rejissor Sənan Vəliyevin "İşığa doğru" və sonda rejissor Emin Əfəndiyevin "Yuva" filmi oldu.

Məlumat üçün bildirək ki, "Bu meydan, bu ekran!" adlı müsabiqə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il gənc rejissorlara dəstək məqsədiylə keçirilir.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz