news Image
2012.05.03
12:15
| A A A
Qarabağın “Bəxt”i açıldı – FOTOSESSİYA
Yeni çəkilən “Bəxt” adlı qısametrajlı bədii filmdə nələr baş verib?

Yeni qısametrajlı bədii film çəkilib. Bu barədə Movqe.Az xəbər portalına filmin rejissoru Firdovsi A.Nəbiyev məlumat verib. F.A.Nəbiyev bildirib ki, "Bəxt" adlanan qısametrajlı film onun rejissor kimi ilk işidir. O, filmin həm rejissoru, həm də ssenari müəllifidir. Bundan başqa filmin montaj işləri onun özünə məxsusdur.

F.A.Nəbiyev dramatik, məcarə, aksiyon janrında olan filmi paytaxtın Müşviq qəsəbəsində çəkdiyini və ümüumiyyətlə, film haqqında geniş məlumat verdi: "İlk rejissor fəaliyyətim "Bəxt" adlı qısametrajlı bədii film oldu. Filmin quruluşçu rejissoru olmaqla yanaşı, ssenari müəllifi ilə montaj işləri də mənə məxsusdur. Bu ideyanı çoxdan nəzərdə tutmuşdum. Şükür Allaha, bu layihəni gerçəkləşdirdim. Filmdə baş rolun ifaçısı aktyor və kaskadyor Murad Abdullayev, aktyorlar Mahir Mirişov, Nahid Əliyev, Emil Muradlı, Sübhi Fərəcov, Rasim Qurbanov, gənc aktyor İsmayıl Soltanov çəkiliblər. Ümumiyyətlə, filmin ərəsəyə gəlməsi üçün Murad Abdullayevə və hərbçi Laçın müəllimə təşəkkür edirəm", - rejissor dedi.

F.A.Nəbiyev müharibə mövzusunda çəkdiyi filmin maraqlı və tamaşaçının diqqətini cəlb edəcək süjet xəttinin olduğunu söylədi: "Filmin süjet xətti 8 nəfər hərbi kəşfiyyatçısından bəhs edir. Həmin kəşfiyyatçılar erməni seperatçıları tərəfindən mühasirəyə düşür, amma sona qədər mübarizə aparırlar. Belə ki, onlar nə məğlub, nə də təslim olurlar. Döyüşürlər və igidcəsinə həlak olular. Filmin sonunda isə 8 nəfər kəşfiyyatçıdan yalnız biri sağ qalmağı bacarır. Hər bir kəşfiyyatçı isə müxtəlif proseslərdə həlak olurlar. Bir sözlə, filmin maraqlı və tamaşaçının diqqətini cəlb edəcək süjet xətti var".

Rejissor filmin adı ilə bağlı açıqlama verdi. O, "Bəxt" adlandırdığı filmin gerçək olan və gerçək olmayan həyatdan bəhs etdiyini bildirdi: "Filmin adı ona görə "Bəxt" adlanır ki, burada gerçək olan və gerçək olmayan həyatdan bəhs olunur. Gerçək olan müharibədir, gerçək olmayan isə qələbədir! Qələbəni gözləyirik. Amma filmdə Qarabağ azad olunur. Həmin sağ qalmış kəşfiyyatçı televiziyada qələbə xəbərini eşidir və görür, amma bir anlıq gözünün önündə müharəbənin dəhşətləri gəlir", F.A.Nəbiyev dedi.

Onu da nəzərinizə çatdıraq ki, film Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin ruhuna və döyüşlərdə xəsarət almış veteranların şərəfinə ithaf olunur.

Qeyd edək ki, F.A.Nəbiyəvin əsas peşəsi aktyor sənətidir. O, 11 il teatrlarda çalışıb. Demək olar ki, tamaşalarda baş rolların ifaçısı olan F.A.Nəbiyev, Şuşa Dövlət Musiqili Dram Teatrında Firuz Mustafanın "Nağıllar", Rafiq Rəhimlinin "Sevgi nağılı" və başqa dramaturqların əsərlərinə hazırlana tamaşalarda rol alıb. Bundan başqa, o, 2003-cü ildə AZTV-nin çəkdiyi "Yanmış körpülər" serialında və bu yaxınlarda "Space" telekanalında "Hörümçək toru" serialında çəkilib.

Fuad Mədətov

Movqe.Az







Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs