Əlaqə Arxiv
news Image
2019.03.05
18:42
| A A A
Bakıda hansı dörd şəxsiyyətə heykəl qoyulacaq?

Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sabir Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması məsələsi müzakirə edilir.

Movqe.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək:

"Görüşdə dörd nəfərin heykəlinin ucaldılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik".

Sizin Reklam Yeriniz