Əlaqə Arxiv
news Image
2019.03.06
20:18
| A A A
Azərbaycanda tolerantlıq yenə beynəlxalq miqyasda yüksək qiymət aldı
Multikultural ənənələri ilə rövnəqlənən Azərbaycanın həyat tərzi dünyada təqdir olunur

 

“Azərbaycanda tolerantlıq ili elan etməyə ehtiyacı yoxdur. Azərbaycanda hər il tolerantlıq ilidir”. Bu fikirləri ABŞ-ın “Etnik Anlaşma Fondu"nun prezidenti Ravvin Mark Şnayner “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı tədbirdə çıxışı zamanı deyib. 

 

Dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğu və dünyada bu işə öz töhfəsini verməsi müasir dövrdə demək olar ki, bütün regionlarda vacib və təxirəsalınmaz əhəmiyyətə malikdir. Ölkəmizdə dövlət siyasəti səviyyəsində təbliğ edilən bu xüsusiyyət bu gün yaranmayıb və əsrlər boyu Azərbaycan xalqının tarixi inkişafının və mədəni irsinin birgə meydana gətirdiyi gözəl nümunədir. İndi bu dəyərlər müstəqil dövlətimizin ruhuna hopub və dünya boyu səyahətə çıxaraq müxtəlif xalqların qəlblərini ovsunlayır.

 Martın 5-də Dünya Dağ Yəhudiləri Konqresi Bakı Kitab Mərkəzində təqdimatını keçirdiyi “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitab yazılması bu nümunəviliyi təsdiqləyən faktdır. Bir çox ölkələrdə, qeyd etmək lazımdır ki, bunların sırasında inkişaf etmiş ölkələr də yer alır,  antisemitizm baş alıb gedir, insanlar ideologiyaya, inanca, dərisinin rənginə və sairələrə görə bir-birlərini qırır. Lakin Azərbaycanda yerli olmayan, amma sonradan gəlib yerliləşən yəhudilərə xoş və bərabər münasibət bəslənilir. Yəhudilər istisna deyil. Ölkəmizdə yaşayan bütün etnik qruplar və azsaylı xalqlar yerli əhali ilə həm qanun, həm də ünsiyyət fonunda tam bərabər səviyyədə yaşayır və yaradır. Bu amil dövlətin güclənməsi və cəmiyyətdə sabitliyin qorunması üçün olduqca vacibdir. Təsadüfi deyil ki, Azərbaycandakı Avropa yəhudilərinin ravvini Şneyor Seqal deyir ki, Azərbaycanda dağ yəhudilərinin taleyi çox mətləblərdən, ən əsası Azərbaycan xalqının tolerantlığından xəbər verir. Azərbaycanın yaşam tərzini ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini Paolo Qrimoldi belə qiymətləndirib: “Tolerantlığın və dini dözümlülüyün təcəssümü olan Azərbaycan dostluq və tərəqqi nümunəsidir. Burada müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar”.

2014-cü ilin mayında Azərbaycanda səfərdə olan Fransa prezidenti Fğansua Olland deyib: “Bu ilk səfərdə mən Azərbaycanda çox şey kəşf etdim. Azərbaycana yenə də gələcəyəm”. F.Ollandın xoş təəssüratları sırasında xalqımızda gördüyü multikonfessial dəyərlərin yer alması şəksizdir. Çünki, dünyanın heç bir yerində bu böyük insani düşüncələr Azərbaycandakı qədər inkişaf etməyib. Yəhudiləri tanımayan xalq, dövlət mənsubu yoxdur. Qəribədir ki, bütün ölkələrdə onlar sanki ayrıca statusa malikdirlər və bu xüsusda söz-söhbət həmişə gündəmdə olur. Amma bizim ölkədə onların hansısa məxsusi statusundan danışılmır və dövlətin bütün vətəndaşları sırasında onlar da hamıya məxsus hüquqlarla yaşayır, həyatlarına normal şəkildə davam edirlər. Əlavə söz-söhbət də baş vermir. Nəinki yəhudilərin, ümumiyyətlə, Azərbaycanda məskunlaşmış bütün millətlər və etnik qrupların mədəniyyətləri bir-birinə qovuşub və biz bunu sadəcə “insan mədəniyyəti” də adlandıra bilərik. Bu formalaşma üçün hansısa xüsusi ideoloji cəbhəyə ehtiyac yoxdur. Dövlətin öz vətəndaşlarına fərq qoymadan eyni prizmadan yanaşması, hər kəsin milli adət-ənənələrinə hörmət qoyulması, dini baxışların toxunulmazlığının qorunması cəmiyyətin belə bir inkişaf səviyyəsinə qalxmasına imkan verib.
Bu gözəl xüsusiyyətdir və hamı tərəfindən qəbul olunur. Belə olan halda niyə də Frаnsada və digər çoxmillətli dövlətlərin dini siyasətində bu təcrübə öyrənilməsin?! Beynəlxalq sənədlərdə sülhsevər, tolerant birgəyaşayış normaları barədə çox yazılır və danışılır. Amma Azərbaycanda bu haqda nə yazılır, nə də təbliğ olunur. Çünki, ölkədəki tolerantlığa söykənən real millətlərarası  siyasət  məhz belədir. Bu cür həyat tərzi artıq bir çox xarici ideoloqların təbirincə desək, bütün dünya üçün bir nümunədir.

 

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz