news Image
2019.03.12
15:42
| A A A
Nurəddin Mehdixanlı: "Həmin yardımlar teatrların qaz-işıq pulunu ödəməkən ötrü deyil"

Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mədəniyyət və incəsənət xadimlərinə qayğı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündən sonra  bu sahənin inkişafı məqsədi ilə verdiyi fərman və sərəncamlar bunu bir daha təsdiqləyir. Ölkə başçısının  kino sahəsinin inkişafı məqsədilə verdiyi sərəncam, onun ardınca teatr işçilərinin əmək haqqının 50 faiz civarında artırılması bu sahəyə ali səviyyədə qayğıdan xəbər verir.  Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səslənən təkliflərin qısa müddətdə reallaşması isə mədəniyyət və incəsənət xadimlərinin üzərinə böyük məsuliyyət qoyur. 


Azərbaycanın teatr və kino aktyoru, xalq artisti Tarıyel Qasımov Movqe.az-a açıqlamasında bildirib ki, Ulu öndər tərəfindən əsası qoyulan bu ənənənin  prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin  sənət adamlarını yaradıcılığa ruhlandırdığını söyləyir. Həmsöhbətimiz bildirir ki, prezidentin bu qayğısına öz incəsənət xadimləri öz sənətləri ilə cavab verməlidirlər. Prezidentin kinostudiyaya etdiyi jest nəyə desəniz dəyər. Kinostudiya illər idi ki, xarabalığa çevrilmişdi. Mən prezidentimizə çox sağ ol deyirəm ki, mədəniyyət və incəsənət xadimlərini görüşə dəvət etdi. Onların problemlərini elə onların öz dilindən eşitdi. Siz o görüşdə diqqət edirdinizsə, prezident bütün təklifləri qeyd edirdi. Elə bu görüşün üstündən bir həftə keçmədi ki, cənab prezident səsləndirilən təkliflərlə bağlı göstərişlər verdi, sənədlər imzaladı. İndi bu qayğı, bu diqqət incəsənət sahəsində fəaliyyət göstərən insanların üzərinə məsuliyyət qoyur ki, onlar da öz sənətlərini ortaya qoysunlar. Teatr rəhbərləri, baş rejissorlar cəmiyyətin diqqətini cəlb edən əsərlər səhnələşdirməli, insanların mədəni həyatda aktivliyini yenidən bərpa etmək üçün aktyorlara rollar verməlidirlər. Qloballaşan dünyada öz mədəni dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, onu dünya çapında təbliğ edən tamaşalar qurmalı, ekran işləri ərsəyə gətirməliyik. Mən cənab prezidentə bu qayğı və diqqətinə görə minnətdaram”.  
Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı isə Movqe.az-a bildirib ki,  2019-cu il mədəniyyət işçiləri ilə düşərli il kimi yadda qalacaq: “Dövlət başçısının mədəniyyət, incəsənət, rəssamlıq, kino və teatr sahəsinin xadimləri ilə görüşü orada bu sahələrdəki problemlərin müzakirəsi, onların qısa zaman kəsiyində öz həllini tapması prezidentin bu sahəyə diqqətinin göstəricisidir. Çünki, mədəniyyət bir millətin var olması üçün bir xəzinədir. Bu görüş göstərdi ki,ölkə başçısına problemləri demək lazımdır. Prezidentə səmimi şəkildə problemləri dedikdə, onların həllini tapması qısa zamanda da mümkün olur. Dövlət başçısının teatr işçilərinin maaşının 50 faiz artırması bu sahənin insanlarına həm mənəvi həmçinin də maddi dəstəkdir. Təbii ki, eyni zamanda bu sahənin insanlarının üzərinə bir vəzifə qoyur. Teatrın, kinonun inkişafına ayrı-ayrı məbləğlər ayrılması, hətta əyalət teatrlarına yardımlar həmin teatrların qaz-işıq pulunu ödəməkən ötrü deyil. Ciddi sənət əsərləri ortaya qoyulmalı, göstərilən bu etimadı doğrultmaq  üçün əməli işlər görülməlidir. Bu gün tamamilə doğrudur ki, Azərbaycan prezidentinin də mədəniyyət və incəsənət xadimlərindən, bu sahədə çalışan insanlardan bir gözləntisi var. Əgər biz 21 əsrdə dünyanın mədəniyyət aləmində bir parçası olmaq istəyiriksə, zamanla inkişaf etməliyik. Eyni zamanda dünyanın ciddi bir mədəniyyət prosesinə çevrilməliyik. Dövlət başçısının bu diqqətinin arxasında mənim fikrimcə həm də bu səbəb dayanır. Qloballaşan dünyada öz mədəni varlığımızı qoruyub saxlamağı bacarmalıyıq. Bunun üçün fərqli olmağı bacarmalıyıq. Bu yardımlar, qayğı bir məsuliyyətdir. Bu sahədə çalışan hər bir kəs bu diqqətin öz işi ilə əvəzini verməlidir. Göstərilən etibarı və etimadı doğrultmaq lazımdır. Ölkə başçısının mədəniyyətə göstərdiyi bu qayğıya görə həmkarlarım adından cənab prezidentə təşəkkürümü bildirirəm”. 
Zülfiyyə QULUYEVA