Əlaqə Arxiv
news Image
2019.03.23
13:43
| A A A
Azərbaycanlıların Daşkənddəki Novruz şənliyi

 

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramı münasibətilə bayram şənliyi keçirib.

Movqe.az xəbər verir ki, bayram tədbirində Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Diplomat bildirib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, Novruz Özbəkistanda da yüksək səviyyədə qeyd olunur. Bildirilib ki, Novruz bayramının beş min il yaşı var. Böyük şair və mütəfəkkirlər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruzun İslamdan xeyli əvvəl yarandığını əsərlərində qeyd ediblər.

Sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmu Əməkdar artisti, ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə tarda solo, Əməkdar artist Mətanət İsgəndərli xalq mahnılarını və təsniflərimizi, “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvlərin isə milli rəqslərimizi ifa ediblər.

Sizin Reklam Yeriniz