news Image
2019.03.30
12:00
| A A A
Xarici musiqiçiləri Bakıda çıxış edəcəklər

 

Martın 30-da Beynəlxalq Muğam Mərkəzində saat 19.00-da isveçrəli musiqiçilər Mark Aymon və Efraim Salzman tamaşaçıların önündə çıxış edəcəklər.

"MÖVQE"nin məlumatına görə, Frankofoniya həftələri çərçivəsində “Ah gözəl yay! Əbədi nəğmələr” adlı konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa edəcəklər.

Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.

Mark Aymon 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olub. O səyahət və incəsənətə vurğun bir müğənnidir. O, "The astronaut", “An almond tree in winter”, "Marc Aymon” və "Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları xüsusilə Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransız dilli ölkələrdə dilləri dolaşıb. O, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı Nyonda Paleo Festivalı da daxil olmaqla bir sıra məşhur festivallarda iştirak edib.

Ephraim Salzmann 1975-ci ildə İsveçrənin Naters şəhərində anadan olub və uşaqlığından bəri daim musiqi ilə təmasda yaşayıb və işləyib. O, ritm və zərb alətlərinə valeh olaraq müxtəlif alətlərdə Valais dulcimer, drums, Kotamo, Handpan, Bockhornxylo, Glasudu və s. ifalarla yadda qalıb. 20 ildən artıqdır ki, İsveçrənin Valaisdəki dünya səhnəsində və Almaniyada səhnəyə çıxır.