news Image
2019.04.06
09:30
| A A A
"Günahın o biri tərəfi" tamaşası Bakıda ilk dəfə göstəriləcək

 

Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcək.

Trend-in məlumatına görə, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir. Qeyd edək ki, Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə həyata keçirilib.

Baletin Sankt-Peterburq şəhərində premyerası 29 aprel 2013-cü ildə böyük uğurla baş tutub.