news Image
2019.04.29
16:28
| A A A
Bu həftə Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Bu həftə Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Movqe.az xəbər verir ki, mayın 2-3-də baş tutacaq tədbirin təşkilatçıları UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və UNESKO-dur.

Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr ediləcək.

V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miguel Moratinos, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Nashif, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yousef Al Othaimeen, İSESKO-nun Baş direktoru Abdulaziz Othman Altwaijri, Avropa Şurası Baş katibinin müavini Gabriella Battaini Dragoni Azərbaycana gələcək. 

İki gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.