news Image
2019.05.01
08:09
| A A A
Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.

Movqe.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədovimzalayıb.

"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.