Əlaqə Arxiv
news Image
2019.05.16
14:55
| A A A
Bəstəkarlar İttifaqında Şuşa musiqi məktəbi şagirdlərinin konserti olub
Mayın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 28 May - Respublika Günü münasibətilə Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekun konserti keçirilib. AZƏRTAC xəbər verir ki, konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib: "Bilirsiniz ki, may ayı ölkəmizdə əlamətdar hadisələrlə zəngindir. Bizim bir sıra gözəl layihələrimiz var. Bununla belə biz hər zaman gənclərin, xüsusilə də musiqi məktəblərində təhsil alan məktəblilərin, tələbələrin təhsili, dünya görüşü, onların mənəvi dünyası və zövqü ilə maraqlanırıq. Təbii ki, Şuşa musiqi məktəbi də bizim diqqət mərkəzimizdədir. Buna görə də, biz müntəzəm olaraq bu uşaqların konsertlərini keçiririk". Sonra tədbir konsert proqramı ilə davam edib. Qeyd edək ki, Bülbülcan adına Şuşa şəhər Uşaq Musiqi məktəbi 1990-cı il avqust ayında Azərbaycanın Şuşa şəhərində yaradılıb. 1992-ci ildən Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məktəb Mərdəkan qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam orta məktəbin binasında fəaliyyətini davam etdirir.
Sizin Reklam Yeriniz