Əlaqə Arxiv
news Image
2019.05.20
12:54
| A A A
Nazir: “Arif Məlikovun heykəlinin ucaldılması ilə bağlı Komissiya yaradılacaq”

“SSRİ Xalq artisti Arif Məlikovun heykəlinin ucaldılması ilə bağlı Komissiya yaradılacaq”.

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığı var: “Həmin Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil, ona görə də buna zaman lazımdır. Həm heykəltəraşlar, həm memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq”.

Sizin Reklam Yeriniz