Əlaqə Arxiv
news Image
2019.05.23
16:23
| A A A
Musiqi məktəbinin təşkilatçılığı ilə "Unudulmaz Bakı" adlı konsert keçirilib-FOTOLAR

Şövkət Məmmədova adına Opera Studiyasında Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "təşkilatçılığı ilə 28 May- Respublika Günü münasibətilə, "Unudulmaz Bakı" adlı konsert keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti  başçısının müaviniAygün Əliyeva iştirak edib.
Çıxış üçün söz verilən Aygün Əliyeva Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirdi. A.Əliyeva xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını bildirdi. Natiq qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsünkar Bakımızın mədəniyyətlər beşiyi olduğunu qeyd etdi.O, son illərdə ölkəmizdə keçirilən beynəlxalq idman oyunları və yarışların paytaxtımızın dünyada tanınmasında mühim yer tutduğunu bildirdi. 
Konsertdə M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin vokal sinifinin Beynəlxalq ve Respublika müsabiqələri laureatı adına layiq görülmüş şagirdləri, məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı və "Fantaziya" skripkaçılar ansamblının ifalarında Bakımızı tərənnüm edən bəstəkar F.Əmirovunun, R.Hacıyevin, T.Quliyevin, C.Cahangirovun, O.Zülfüqarovun, V.Adıgözəlovun, O.Rəcəbovun, O.Kaziminin, V.Mustafazadənin, X.Mirzəzadənin, P.Bülbüloğlunun və B.Nəsibovun əsərləri səslənib.

 

Sizin Reklam Yeriniz