news Image
2019.05.29
10:15
| A A A
“Bu konsert bütün gənc musiqiçilərə örnəkdir!”

“Bu konsert bütün gənc musiqiçilərə örnəkdir!” 

Bu sözləri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının Xalq Artisti, professor, Siyavuş Kərimi, Azərbaycan Milli Konservatoriyasının “Estrada sənəti” ixtisası üzrə təhsil alan I kurs tələbəsi, beynəlxalq müsabiqə laureatı, Cəlal Səmədov bu günlərdə keçirilən “Gəlin Tanış Olaq” adlı ilk solo konsertindən sonra deyib. I kurs tələbəsi Cəlal Səmədov, özünün ilk solo konsertinə, Azərbaycan görkəmli mərhum bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq Artisti, professor, SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və həqiqi üzvü, akademik Arif Məlikovun nitqi ilə başlayıb və bəstəkarın, "İki qəlbin dastanı" baletindən "Komdenin göz yaşları" fraqmentini ifa edib. Konsert zamanı gənc bəstəkar öz əsərləri ilə yanaşı, məhşur bəstəkarların repertuarlarına müraciət edib. Konsertdə həmçinin duetlər olub. Qonaq qismində, isə müğənni Ülkər Quliyeva, gənc skripkaçı Kənan Mailov və “Maestro Klassik Musiqi Mərkəzi”nin yaradıcısı, vokalçı Elçin Əliyev də iştirak ediblər. Fərqli janrlara üz tutan bəstəkarın ilk konserti tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının Xalq Artisti Səyavuş Kərimi öz sözləri ilə konserti yüksək dəyərləndirərək gənc musiqiçini bu uğuru münasibəti ilə təbrik edib. Xalq artisti bu konsertin bütün tələbə və gənc musiqiçilərə örnək olacağını xüsusi ilə vurğulayıb.