news Image
2019.06.02
20:30
| A A A
Psixoloq Samirə Abdullayeva xeyriyyə məqsədilə əl işlərindən ibarət sərgi keçirib

1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə tanınmış psixoloq Samirə Abdullayeva Bərdə rayonunda 1 nömrəli  İncəsənət məktəbində  əl işlərindən ibarət xeyriyyə sərgisi keçirib. Sərgidə psixoloqun hazırladığı 100 -ə yaxın əl işi nümayiş olunub. Sərgidə nümayiş etdirilən əl işlərinin satışından əldə olunan vəsait "Günərzi"İctimai Birliyinə təqdim edilib. Qeyd edək ki, bu Birlik aztəminatlı və əlilliyi olan uşaqlara yardım göstərir. S. Abdullayevanın əl işlərindən ibarət sərgi böyük maraqla qarşılanıb. Rayon ictimaiyyətinin qatıldığı sərgidə bu cür tədbirlərin təşkilinin cəmiyyətin qayğıya ehtiyacı olan təbəqəsinə dəstək məqsədi daşıdığı qeyd olunub. Sərginin sonunda uşaqlar üçün bayram şənliyi keçirilib. Sərgidə Bərdə ASAN Xidmətin əməkdaşları da fəal iştirak ediblər. Samirə Abdullayeva xeyriyyə məqsədilə keçirilmiş bu tədbirə dəstək verən hər kəsə minnətdarlığını bildirib.