news Image
2019.07.08
11:05
| A A A
Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb (FOTO)

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb

Movqe.az-ın məlumatına görə, Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Anadolu agentliyi, Haber Global, NTV və TRT Avaz kanalları və digər nüfuzlu xəbər mənbələri bu barədə türkdilli oxuculara ətraflı məlumat veriblər.

Qeyd edək ki, ümumiyyətlə Türkiyə KİV-lərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası geniş işıqlandırılır.