Əlaqə Arxiv
news Image
2019.07.10
12:36
| A A A
Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Movqe.az xəbər verir ki, Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır".

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Sizin Reklam Yeriniz