news Image
2019.07.14
22:17
| A A A
Azərbaycanlı jurnalist UNESCO-nun Beynəlxalq Mərkəzi tərəfindən mükafatlandırılıb
Azərbaycanlı jurnalist UNESCO-nun Beynəlxalq Mərkəzi tərəfindən mükafatlandırılıb "Azərbaycan məktəbi" jurnalının şöbə müdiri, "Təhsil dünyası" qəzetinin təsisçisi Böyükağa Mikayıllı üzvü olduğu UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzi (İCUPP) tərəfindən mükafatlandırılıb. Təşkilatın qiymətli hədiyyəsi və "Missiya Miru" mükafatı jurnalistə Ukraynanın Zakarpatye vilayətinin Mijqore şəhərində UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının keçirdiyi, vilayətin dövlət strukturları tərəfindən dəstəklənən "Bir səma altında " beynəlxalq festivalı çərçivəsində təqdim olunub. Təqdimat mərasimində çıxış edən İCUPP-un direktoru Mixael Kot bildirib ki, jurnalistlərin dünya xalqlarının adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə, həmçinin müasir dünyanın elm və təhsil məsələlərinə diqqət yetirmələri, bu istiqamətdə araşdırmalar aparmaları çox yaxşı haldır. Jurnalistika cəmiyyətin aynasıdır. Biz bu aynada dünyanı görə bilir, baş verənlərdən xəbər tutur, həyatımızı ona uyğun nizamlayırıq. Elm, təhsil, texnologiya, sənaye, iqtisadiyyat nə qədər inkişaf etsə də, bütün bunlar jurnalistlərin əməyi sayəsində ictimaiyyətə bəlli olur. Mixael Kot qeyd edib ki, Azərbaycanlı jurnalist Böyükağa Mikayıllının ingilis, Ukrayna və rus dillərində dərc olunan məqalələri ilə tanışdır. Onun Azərbaycan dilində qələmə aldığı, Ukrayna və rus dillərinə tərcümə olunan "Bir səma altında" kitabı Ukrayna xalqının zəngin mədəni irsindən, bu ölkənin elm və təhsil tarixindən, onun müasir inkişaf səviyyəsindən, görkəmli şəxsiyyətlərinin həyatından, ötən əsrdə yaradılıb dünyaya yayılan "Müəllif məktəbləri"nin fəaliyyətindən, Ukrayna insanının zəhmətsevərliyindən danışır. Jurnalist bu kitabında bəşəriyyətə özünün sülh arzularını ifadə edir. Təşkilatın qiymətli hədiyyəsi və "Missiya Miru" mükafatı jurnalistə Ukraynanın Zakarpatye vilayətinin Mijqore şəhərində UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının keçirdiyi, vilayətin dövlət strukturları tərəfindən dəstəklənən "Bir səma altında " beynəlxalq festivalı çərçivəsində təqdim olunub. Təqdimat mərasimində çıxış edən İCUPP-un direktoru Mixael Kot bildirib ki, jurnalistlərin dünya xalqlarının adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, maddi mədəniyyət abidələrinə, həmçinin müasir dünyanın elm və təhsil məsələlərinə diqqət yetirmələri, bu istiqamətdə araşdırmalar aparmaları çox yaxşı haldır. Jurnalistika cəmiyyətin aynasıdır. Biz bu aynada dünyanı görə bilir, baş verənlərdən xəbər tutur, həyatımızı ona uyğun nizamlayırıq. Elm, təhsil, texnologiya, sənaye, iqtisadiyyat nə qədər inkişaf etsə də, bütün bunlar jurnalistlərin əməyi sayəsində ictimaiyyətə bəlli olur. Mixael Kot qeyd edib ki, Azərbaycanlı jurnalist Böyükağa Mikayıllının ingilis, Ukrayna və rus dillərində dərc olunan məqalələri ilə tanışdır. Onun Azərbaycan dilində qələmə aldığı, Ukrayna və rus dillərinə tərcümə olunan "Bir səma altında" kitabı Ukrayna xalqının zəngin mədəni irsindən, bu ölkənin elm və təhsil tarixindən, onun müasir inkişaf səviyyəsindən, görkəmli şəxsiyyətlərinin həyatından, ötən əsrdə yaradılıb dünyaya yayılan "Müəllif məktəbləri"nin fəaliyyətindən, Ukrayna insanının zəhmətsevərliyindən danışır. Jurnalist bu kitabında bəşəriyyətə özünün sülh arzularını ifadə edir. Onun Şimali Kiprlə, dünyanın təhsil sferasında baş verən yeniliklərlə bağlı apardığı peşəkar jurnalist araşdırmaları, bu araşdırmaların ingilis, türk, rus dillərində təqdim olunması maraq doğurur. Bütün bunları nəzərə alaraq UNESCO-nun aparıcı strukturlarından olan İCUPP jurnalist Böyükağa Mikayıllını adı çəkilən mükafat və qiymətli hədiyyə ilə təltif etməyi qərara alıb. Mərasində Ujqorod vilayətinin, Mijqore şəhərinin dövlət administrasiyanın, ictimai təşkilatların rəhbərləri, KİV nümayəndələri, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru Vasili Tarçineç də iştirak edib.
money.az currency