news Image
2019.08.24
11:34
| A A A
“Dejavü” yenidən nümayiş olunacaq

Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək.

Teatrdan MÖVQE-yə bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, "Dejavu" sözü fransızcadan tərcümədə "Artıq görmüşəm" mənasını verir. Səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.