news Image
2012.05.06
19:44
| A A A
“Azərbaycanın Robertinosu” Avropanı yenidən fəth edəcək - FOTO
Onun yeni albomu hazırlanacaq
Gənc vokal ifaçısı, 15 yaşlı "Azərbaycanın Robertinosu" Emin Eminzadənin albomu işıq üzü görəcək. Bu barədə Movqe.Az xəbər portalına gənc vokalçının atası Xəzər Emin məlumat verdi. X.Emin bildirdi ki, albomda Emininin son iki ildə yaradıcılıq fəaliyyətinin və beynəlxalq festivallarındakı çıxışları yer alacaq. O, alboma daxil olacaq mahnıların müxtəlif dillərdə ifa olunmasını da dedi: "Alboma 13 mahnı və həmin mahnılar arasında ingilis, alman, rus, italiya və doğma Azərbaycan dilində mahnılar yer alacaq. Alboma Emin Eminzadənin son 2 ildə Avropa səhnəsindəki (İtaliya, Rusiya, Türkiyə və s.) uğurlu çıxışlarının video görüntüləri və fotosessiyası daxil olacaq. Bundan başqa, o da nəzərdə tutulub ki, albomda Azərbaycanın məşhur mədəniyyət və incəsənət, ictimai xadimlərinin Emin haqqında fikirləri dərc olunacaq", - X.Emin söylədi.
 
X.Emin onu da qeyd etdi ki, gənc vokalçı E.Eminzadə keçən il İtaliyada keçirilən "Elia Catalano" festivalındakı uğurlu çıxışının davamı olaraq, bu il Avropanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq festival və müsabiqələrə dəvət olunub.
 
Qeyd edək ki, keçən il dünya şöhrətli vokal ifaçısı Robertino Lorettinin Bakıda keçirilən solo konsertində Eminin çıxışı oldu və canlı əfsanə gənc vokalçını "Azərbaycanın Robertinosu" adlandırdı.
 
Fuad Mədətov
Movqe.Az
 
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs