Əlaqə Arxiv
news Image
2019.09.17
17:57
| A A A
Nazir: "Cəfər Cabbarlının ev muzeyi ətrafında yaranan problemlər tezliklə həllini tapacaq"

"Cəfər Cabbarlının ev muzeyi ətrafında yaranan problemlər tezliklə həllini tapacaq".

Movqe.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, hazırda Cəfər Cabbarlının hazırkı ünvanda yerləşən ev muzeyi ilə bağlı müəyyən işlər görülür: "Təbii ki, bu məsələ də tezliklə öz həllini tapacaq. Cəfər Cabbarlının yubileyi ilə əlaqədar ölkənin müxtəlif teatrlarında əsərləri səhnələşdirilib. Onun əsərləri bundan sonra da yeni tərtibat və müasir formada təqdim olunacaq. Biz bunu səbirsizliklə gözləyirik. Hələ ki, biz artıq onun ev muzeyində görülən işlərlə məşğuluq".

Ə.Qarayev bildirib ki, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar silsilə layihələr həyata keçiriləcək: "Teatrlar silsilə layihələrlə tamaşaçıların qarşısına tam yeni formatda çıxacaq. Ədibin klassik əsərləri üzərində qurulan tamaşalar tam yeni tərtibat və müasir formada təqdim olunacaqlar".

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin dekabrın 18-də Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin, 2019-cu ilin yanvarın 17-də isə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sizin Reklam Yeriniz