Əlaqə Arxiv
news Image
2019.09.25
23:55
| A A A
Akademik: Azərbaycanda sovet rejimi muğam sənətində də geriləməyə səbəb olub

Azərbaycanda sovet rejiminin qurulması bir çox sahələrdə olduğu kimi, muğam sənətində də geriləməyə səbəb olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli deyib.

Akademik bolşevik ideologiyasının təsiri altında xanəndələrin xalq ədəbiyyatı ruhunda yazılmış və ritminə görə muğamlarla səsləşməyən heca vəznli qoşma və gəraylılardan muğam mətni kimi istifadə etməyə başladıqlarını deyib.

O əlavə edib ki, həmin dövrdə klassik ənənələrə sadiq qalaraq qəzəl yazan şairlər də var idi və nümunə olaraq Əliağa Vahidi göstərmək mümkündür.

Sizin Reklam Yeriniz