Əlaqə Arxiv
news Image
2019.10.02
16:35
| A A A
Nazirlikdən Mikayıl Müşfiqin büstünün aşırılmasına - REAKSİYA

Vəziyyətindən asılı olamayaraq, Mikayıl Müşfiqin büstünün bu cür götürülməsi o qədər də xoş hal deyildi.

Mövqe.az xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırılmasına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, nazirlik büstün götürülməsinə razılıq verib:

“Mikayıl Müşfiqin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən parkdakı büstü 1990-cı illərdə qoyulub. Böyük şairin xatirəsinə ucaldılan, vaxtilə gibs və betondan hazırlanan büst qeydiyyatda olan tarixi abidə deyildi. Sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar cəmiyyətə  dəqiqləşdirilməmiş formada çatdırılır.

Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Nazirliyinə müraciət olunub.

Müraciətdə həmin parkda əsaslı təmir-bərpa işlərinin aparılacağı və demək olar ki, baxımsız vəziyyətdə qalan büstün götürülməsi və yerinə qranit materialdan daha gözəl və keyfiyyətli büstün hazırlanması təklif olunub.

Nazirlik bu müraciətə müsbət cavab verib. Bir məqam var ki, büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq, yayılan videogörüntülərdə əks olunan şəkildə götürülməsi xoş olmayıb. Amma bir məqam da var ki, o, büstü başqa formada götürmək olmurdu.

Parkda aparılacaq təmir-bərpa işləri yekunlaşdıqdan sonra böyük şairimiz Mikayıl Müşfiqin xatirəsinə daha keyfiyyətli görünüşlü büstü hazırlanacaq. Yenə qeyd edirəm ki, nazirlik büstün götürülməsinə müsbət cavab versə də, büstün videogörüntüdə əks olunan tərzdə götürülməsindən təəssüf hissi keçirir”.

Xatırladaq ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.

Sizin Reklam Yeriniz