news Image
2019.10.16
22:56
| A A A
"Kitabların həyatımızdakı rolu" adlı tədbir keçirilib
Bir xalqın gələcəyi, ruhu, mənəviyyatının rifahı onun təhsilindən keçir. Sağlam təməl, sağlam tərbiyyə və sağlam elm birləşdikdə məğlubedilməz bir güc qalxan kimi xalqı öz əhatəsinə alıb yüksəlişə doğru aparır. Qədim Gəncəmiz hər zaman ədəbi ruhu, duyumu ilə hər zaman bir addım öndə olub. Nizami yurdu əsrlərdi ədəbiyyat xadimlərinə, elm aşiqlərinə ev sahibliyi edir. Onları öz qoynunda bəsləyir, böyüdür, dünyaya möhtərəm ruhlar bəxş edir. Bir təhsil carçısı olaraq hər zaman bir şüarın arxasında dayanmışam – "Dünyada heç kim savadsız doğulmur, əgər bir insan elmdən bixəbər böyüyürsə, mənəvi gözəlliklərin fərqində deyilsə mütləqdir ki, onu yetişdirən müəllimin də bu gözəlliklərdən xəbəri yoxdur. Təhsil sahəsində qərar verilən hər bir islahat gələcəkdə mükəmməl kadrlar yetişdirmək, bu kadrların xalqımıza nə qədər faydasının olacağı mütləq hesablanır. Təhsil sahəsində dövlət nəzarətinin olması, daim müşahidə altında saxlanması və daim yeniliklərə doğru can atılması hər pillədə bir az da artıq inkişaf etdiyimizi bizə göstərir. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin bölgələrdə də yaradılması qərarı bütöv Azərbaycan elminin inkişanına xidmət edir. "Güc birlikdədir" demiş atalarımız. Bir xalq olaraq ruhumuzdakı birliyimizi elmimizlə birlikdə xalqı təqdim etmək dünyaya meydan oxumaq deməkdir. Cəmi bir neçə gün qalmışdı yeni dərs ilinin başlanmasına. Qəfil verilən qərar və az bir zaman həm kollektiv yaratmaq üçün, həm də şəhərin xüsusi istedada malik şagirdlərini bir parta arxasına yığaraq isti bir mühidin yaradılması həm məharət, həm də dərin bir vətən sevgisi tələb edir. Düşünürəm ki, FRİT liseyin qurucu heyəti və rəhbərliyi müəllim andının dərinliyini dərk etmiş və vətəninə bütöv ruhu ilə bağlı olan təhsil işçiləridir. Başda liseyin direktoru Rəşad müəllim olmaqla mən şəxsən öz adımla bütün kollektivə bu cür mükəmməl iş üçün təşəkkürümü bildirirəm və bu çətin yolda FRİT liseyin ilk təbdiri isə 7 C sinifindən gəldi – qeyri-adi və çox vacib mövzu üzərində quruldu: "Kitabların həyatımızdakı rolu". Gənc, lakin zəngin ədəbi biliyə malik sinif rəhbəri Növranə müəllimənin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Gəncənin ən usta qələm adamları iştirak etdilər. Tədbir liseyin akt zalında baş tutdu. Müəllimlər, valideynlər, məktəb rəhbərliyi qısa bir vaxt ərzində hazırladığı tədbir çox səmimi, duyğu yüklü və çox maraqlı keçdi. Şagirdlər hazırladıqları qısa kompozisiaları ilə qonaqların könlünü oxşayırdı. Kitabların sehirli dünyasına varan şagirdlər onlar haqqında səslənən bütün fikirləri qələm əhlindən eşitdikcə sanki canlı kitabları dinləyirmiş ki, maraq sehrinə düşmüşdülər. Qərib Mehdi, Aləmzər Əlizadə, Zülfiyyə Yaqub, Gülnarə Sadiq, Saleh Qurbanov, şəhərimizin seçilən müəlliməsi Səidə müəllimə və liseyin müəllimələri öz çıxışlarında kitabların əhəmiyyətindən bəhs etmiş və şagirdlərə bu yolda çox faydalı məsləhətlər verdilər. Və bu cür tədbirlərin davamlı olması üçün müxtəlif təkliflər də irəli sürdülər. Tədbirin sonunda Növranə müəllimə çıxış edərək qonaqlara təşəkkürünü bildirmiş və çağdaş ədəbiyyatımızın gənc nümayəndələrinin kitabları şagirlərə hədiyyə edilmiş, çox maraqlı xatirə şəkilləri çəkilmişdir.