Əlaqə Arxiv
news Image
2019.10.24
17:22
| A A A
Tanınmış bəstəkardan Xalq artisti adı DAVASI

Tanınmış bəstəkar Elçin İmanov yüksək keyfiyyətli musiqi əsərlərinin layiqli yerini tutmadığından gileylənib.

Mövqe.az xəbər verir ki, “Küləklər”, “Taleyin oyunu”, “Ana dedim” və s. musiqi əsərlərinin müəllifi olan bəstəkar bu barədə təəssübkeşliyini sosial şəbəkədə bildirib. Bu zamana qədər heç bir fəxri ada layiq görülməyən musiqiçi Eyyub Yaqubun ifasında Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Ana dedim” klipini paylaşaraq etirazını belə ifadə edib:

“Belə əsərlərə, bizim məmləkətdə, dəyər verilmir, lakin mən bir azərbaycanlı kimi, böyük şairimiz Mikayil Müşfiqin bu şerinə olan bəstəmə xalqımız tərəfindən verilən dəyərə görə böyük fəxr duyuram!”

Sizin Reklam Yeriniz