Əlaqə Arxiv
news Image
2019.11.06
13:19
| A A A
MEK-də “Türkiyənin müasir elektron resursları” adlı seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu “Türkiyənin müasir elektron resursları” adlı təlim-seminar keçirib.

Seminar İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Kitabxana və Muzeylər İdarəsinin nümayəndəsi Ramazan Elmasın “İstanbul Böyükşəhər Bələdiyyəsi nümunəsi” adlı təqdimatı ilə açılıb. Təqdimatda Atatürk Kitablığı Kolleksiyaları və qurumun nəzdində fəaliyyət göstərən muzeylər haqqında məlumat verilib.

Sonra Artvin Çoruh Universiteti kitabxanasının rəhbəri Muhammet Kızıl “Türkiyədə ali təhsildə elektron qaynaqlar” məruzəsində universitet kitabxanasında yaradılan şərait haqqında ətraflı danışıb. Anadolu Universiteti Kitabxanalar Konsorsiumundan (ANKOS) da bəhs edən M.Kızıl bildirib ki, konsorsium 83 müxtəlif verilənlər bazasına malik, 60-dan çox nəşriyyat evi ilə 1628 müqaviləsi olan, 155 universitet və araşdırma qurumunun üzv olduğu beynəlxalq səviyyəli elmi mərkəzdir.

Daha sonra “Hiperlink” nəşriyyat evinin rəhbəri Hayri Yavuz “Hiperlink. Türkiyədə yerli kitabxanalar” mövzusunda təqdimatla çıxış edib. H.Yavuz "Hiperlink"in Türkiyənin ilk və tək elektron kitab verilənlər bazası olduğunu diqqətə çatdırıb və Azərbaycanın müvafiq qurumları ilə gələcək əməkdaşlıq imkanlarından söz açıb.

Seminar iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib.

Xatırladaq ki, oxucuların bir çox tammətnli elektron resursların məlumat bazalarına əlçatanlığını təmin edən MEK silsilə şəklində beynəlxalq elektron resurslarla bağlı seminarlar təşkil edir və elmi mərkəzlərlə əlaqələrin gücləndirilməsi nəticəsində beynəlxalq elmi e-bazalardan istifadə və bazalarda elmi məqalələrin sayı artmaqdadır

Sizin Reklam Yeriniz