Əlaqə Arxiv
news Image
2019.11.12
20:13
| A A A
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub.
Mövqe.az xəbər verir ki, müəllifin cari ildə çap olunan kitabında onun müxtəlif mətbu orqanlarda dərc edilmiş məqalələri və müsahibələri toplanıb.
Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında nəşr olunub.
Qeyd edək ki, A.Məcidzadə 2006-2010-cu illərdə "Səs" qəzetində, 2012-2015-ci illərdə "Lent.az" İnformasiya Agentliyində müxbir işləyib. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.
2-ci dərəcə dövlət qulluqçusudur. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür."Qızıl Qələm" mükafatçısıdır. Təhsil Nazirliyinin Fəxri diplomu ilə təltif edilib. 1998-ci ildən bədii yaradıcılıqla məşğuldur.

Sizin Reklam Yeriniz