news Image
2012.05.08
11:11
| A A A
Heydər Əliyev Sarayında Ulu Öndərin büstü qarşısında anım mərasimi keçirilib - FOTO
Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi ümummilli liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər

Dünən Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin büstü qarşısında anım mərasimi keçirilib. Movqe.Az xəbər portalının məlumatına görə, tədbirdə əvvəl, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitab və foto stendə baxış oldu. Daha sonra tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açdı: "Heydər Əliyev Azərbaycan xalqının tarixində böyük rol oynayıb. Ümummilli Liderimizin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizi fəlakətdən xilas edib və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması həyata keçirilib.

Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəyinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Ulu öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilir. Azərbaycan daha da inkşaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib", - F.Babayev dedi.

Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.

Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs