news Image
2019.12.06
15:10
| A A A
Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram.

Bunu Trend-ə xalq artisti Tünzalə Ağayeva deyib.

O, bu təşəbbüs çərçivəsində insanların ağacəkmə aksiyasına cəlb olunmasını çox savab bir iş adlandırıb:

“Həyatımda ilk dəfədir ki, ağac əkirəm. Bu təşəbbüslə çıxış edən Mehriban Əliyevaya və bunun gercəkləşməsinə yardım edən bütün insanlara minnətdaram. Böyük Nəsiminin 650 illik yubileyinə həsr olunan bu ağacəkmə aksiyası gələcəyə bir xatirədir. Böyüklər bizə çox böyük miras qoyub gediblər. Bizim də gələcək nəslə bir ağac qədər töhfəmiz ola bilirsə, Azərbaycan torpağına fayda verə biliriksə, bundan ancaq qürur duya bilərik".