Əlaqə Arxiv
news Image
2020.01.13
15:10
| A A A
"Leyli və Məcnun" operası tamaşaçıları heyran etdi - FOTO

Yanvarın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası keçirilmişdir. Anşlaqla baş tutan opera tamaşası "Leyli və Məcnun"un ilk tamaşasının 112-ci ildönümünə həsr olunmuşdur.

Həmin gün tamaşanı ilk dəfə istedadlı dirijor İlahə Hüseynova çox böyük uğurla idarə etmişdir.

Tamaşada gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı Leyli, Əməkdar artistlər Elnur Zeynalov Məcnun, Təyyar Bayramov İbn-Salam, Cahangir Qurbanov Nofəl, solistlər Aytən Məhərrəmova Leylinin anası, Taleh Yahyayev Leylinin atası, Afaq Ağayeva Məcnunun anası, Mütəllim Dəmirov Məcnunun atası rollarında yüksək professional çıxışları və parlaq ifaları ilə yadda qalmışlar.

Sizin Reklam Yeriniz