Əlaqə Arxiv
news Image
2020.01.24
12:50
| A A A
Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq
Hazırda Türkiyə dövlətində doktorantura təhsili alan araştırmacı-jurnalist Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq edəcək. Mpvqe.az xəbər verir ki, bu haqda o öz Feysbuk səhifəsində məlumat verib. Belə ki, yeni verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirləri müzakirə olunacaq. İlk canlı yayımı 22 Yanvarda efirə verilən verilişdə Türkiyədə təhsil alan xarici tələbələr qonaq olub. Verilişdə Türkiyə təhsil sistemi, təqaüd proqramları, buradakı yaşam tərzi, milli mətbəx, mədəniyyət, Türkiyənin turistik yerləri və s. haqda danışılıb. Qeyd edək ki, sözügedən veriliş hər həftənin 3-cü günü Azərbaycan saatıyla 16:00-da KonTV-də canlı yayımlanacaq.
Sizin Reklam Yeriniz